dini radikalizm və ekstremizmlə mübarizə

ŞEYX ZAHİD GİLANİ..

ŞEYX ZAHİD GİLANİ..
Şeyx Zahid Gilani,Şeyx Zahid ,Tacə əd Din İbrahim əl-Kürdi əs-Sincani(təxəllüsü; tam adı Taciəddin İbrahim -22 mart 1215-ci ildə Lənkəran rayonunun Siyavrud(indikiSiyavar) kəndindəŞeyx Rövşən Əmirin ailəsində dünyaya göz açmışdır.Türk mənbələri Şeyx Zahid Gilani haqqında belə yazır; Onun adı İbrahim Zahid Gilani(1216-1301) Tac`ed-Din İbrahim bin Ruşen Emir El-Kurdi El-Sincani ya da Şeyh (İbrahim ) Zahid Gilani),Kürd kökenli Zahidiyye tarikatının kurucusu bilgin”.(Bax:tr.m.wikipedia.org).Beləliklə bəzi mənbələr Şeyx Zahidi Kürd tayfasından olduğunu yazaraq onu Kürd əsilli hesab edirlər.Şeyx Zahid haqda ilk mənbə İbn Bəzzaz Təvəkkülün 759-cu ildə yazdığı “Səffat üs-Səfa” əsəridir.Şeyx Zahidin babaları XI əsrdə Səlcuq işğalları zamanı Xorasanı tərk edib Gilan vilayətində məsgən salmışlar.Şeyx Zahidin atası Şeyx Rövşən Əmir İranın Gilan vilayətinin Fumən mahalının Mistan kəndindəbir dəmirçinin qızı ilə evlənmişdir.Şeyx Rövşən Talışa köçmüş və Lənkəran rayonunun Siyavrud ( indiki Siyavar) kəndində yaşamışdır.İlk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində ,XIII əsrin ən məhşur sufi alimi Seyid Cəmaləddindən almışdır.Şeyid Cəmaləddin yaxşı oxuduğuna görə şagirdinə Zahid ləqəbini vermişdir.Şeyx Zahid Talış,Gilək,Kürd,Fars,Ərəb,Türk və qədim Pəhləvi dillərini bilmiş və bu dillərdə şeirlər yazmışdır.Şeyx Zahid ömrünün əsas hissəsini Gilanda ,qalan hissəsini Talışda keçirmişdir.Şeyx Zahidin Siyavarda,Hiləkəranda(Şıxəkəran),Gərmətükdə dini təbliğ edən nümayəndəliyi ,Şirvan və Muğanda muridləri olmuşdur.Hiləkəran kəndində Şeyx Zahidin məktəbi olmuşdur.Bu məktəb dövrünün ən tanınmış məşhur məktəblərindən olmuşdur.Belə ki,Səfəvilərin ulu babası Şeyx Səfiədinə 25 il dərs demişdir.Şeyx Zahid Gilani Səlcuq hökümranlığından sonra İranı ələ keçirən Elxani hökümdarları üzərində öz təsirini yaya bilmiş və onların iqtidarı dövründə nüfuz sahibi olmuşdur.XIII əsrin tanınmış şəxsiyyətlərindən olan Şeyx Zahid Gilaninin bir çox yerdə məqbərə və türbələri vardır.Belə ki,bu dahi şəxsiyyətin İran İslam respublikasının Gilan vilayətinin Lahican şəhərində yerləşən türbəsi bu türbələrin ən öndəgedənidir və bu türbə ilin hər fəsilində ziyarətçilərlə dolu olur.Şeyx Zahid Gilaninin Şeyx Zahid Gilaninin çoxlu muridləri və tələbələri olmuş və onlar Şeyx Zahiddən sonra onun dini idealogiyasını yaymış və “Zahidiyyə “təriqətini yaratmışlar.
Zahidiyyə təriqəti.
Yuxarıda qeyd etdiyim kimi Şeyx Zahid mədrəsə açımış və bu mədrəsədə dini elmlərdən dərs demişdir.Onun ən məşhur tələbələrindən biri də Şeyx Səfiəddin İshaq Ərdəbili (1252-1334)olmuşdur.Belə ki,Şeyx Zahid Gilani Səfəvilərin(1501-1722) ulu babası Şeyx Səfiədinə 25 il dərs demişdir.
Şeyx Zahidin birinci arvadı Siyavarlı Talış qızı olmuş,ikinci arvadı da Şıxəkəranlı Talış qızı olmuşdur.Şeyx Zahid ikinci arvadı ilə 72 yaşı olanda ailə həyatı qurmuşdur.Belə ki,bu evliliklərdən ,hər iki arvadından ümumilikdə iki oğlu və bir qzı olmuşdur.Şeyx Zahidin qızı Bibi Fatimə məhz ikinci arvadından olmuşdur.O,öz Talış qızından olan qızı Bibi Fatiməni Səfəvilərin ulu babası Şeyx Səfiəddinə(1252-133)ərə vermişdir..Yaqub Babayev öz monoqrafiyasında yazır:Erkən gəncliyindən dinə meyl etmiş ,”Quran”ı,dini elmləri və ədəb qaydalarını mükəmməl mənimsəmişdi.Gəncliyində o,Ərdəbildə onu qane edə biləcək bir alim və mürşid tapa bilmədiyindən Şiraza gedir.Orada Şeyx Rükun əd-Din Beyzavi və Əmir Abdullah kimi alimlərlərdən ilahi elmini öyrənir.Əmir Abdullah ona tanınmış təriqət başçısı Gilanlı Şeyx Zahidə mürid olmağı məsləhət görür. Mənbələrin verdiyi məlumata görə şeyx Səfiəddin Şeyx Zahidi dörd il axtarandan sonra onu məhz Talışda tapır və Lənkəran mahalının Hiləkəran kəndinə, onun evinə gedir.Şeyx Zahid onu yaxşı qarşılayır və müridliyə qəbul edir.Şeyx Zahid onu gələcəyini əvvəlcədən qayibanə olaraq duyması və onu çox hörmətlə qəbul etməsi barədə rəvayət də mövcuddur.Şeyx Zahidin ölümündən sonra Şeyx Səfiəddin onu yerinə xəlifə olur.”(Bax:Yaqub Babayev.XIII əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu” monoqrafiyası.Bakı-“Elm və Təhsil” – 2009).Bəzi tarixçilər Şeyx Səfiəddini mənşəcə ərəb olduğunu,onun cəddi yeddinci imam Musa əl-Kazıma və beləliklə dördüncü xəlifə Əli ibn Əbu talıbə gedib çıxır.Dərviş Təvəkküli ibn Bəzzazın “Səffat üs-Səfa “ əsərində o,”türkzadə”,”türkün piri” (pir-e tork) ) deyə xatırlanır.(Bax yenə orda Yaqub Babayev).Mənbələrə görə Həm Şeyx Zahid,həm də,tələbəsi Şeyx Səfiəddin süni təriqətinə mənsub olmuşlr.Lakin ,Şeyx Zahid o dövrlərdə Azərbaycanda hökümranlıq edən Monqol dövlətinin yüksək dövlət məmurları ilə yaxın əlaqələri var idi.Azərbaycandakı Monqol əmirləri Şeyx Zahidə xüsusi hörmət bəsləmiş və islamın təməl ideyalarını məhz ondan öyrənmişlər.Lakin monqol əmirləri içərisində şiə təriqətinə mənsub əmirlər çox idi və o şiə əmirləri ilə tez-tez dini dialoqa girirdi.Bu da ehtimal ki, sonradan öz təsirini göstərmişdir.Bundan əlavə Şeyx Zahidin tələbələrinin sonradan şiəliyə meyl etmələrinin əsas səbəblərindən biri də, istər Talışın,istərsə də Gilanın yerləşdiyi ərazi əsasən keçilməz dağlıq yerlərdən ibarət olması idi.Elə bu səbəblərdən də, və bu ərazinin əngəbəlik coğrafiyası ilə Sünni Abbasi və Sünni Səlcuqi dövlətlərinin təqiblərindən qaçan Şiələrin böyük sığınacaq bölgəsinə və onların ideoloji mərkəzinə çevrilmişdir.Şeyx Zahidin həyatı haqda bəzi mənbələr yazırlar:” İbrahim Zahid Gelani ,Azərbaycanda olan Siyavrud adlı kənddə 1305(h.705) dünyaya gəlmişdir.Xəzər dənizinin sahilində yerləşən Lenger-i Künan adlı yerdə vəfat etmişdir və qəbri də oradadır.Elm təhsilini tamamlayan Şeyx Zahid Gelaninin ,ata və babaları da,özü kimi elm və fəzilət insanları olmuşlar”(Bax:Evliyalar saytı.Gilani evliyalaı,havetiyye,Silsile-i Halveti” 21 şubat 2017 –ci yıl).belə rəvayət olunur ki,seyyid Cəmaləddin-i Əzhəri ,müəllimi Şəhabəddin-i Təbrizinin hüzurunda önə çıxıb ,insanlara islamiyyət biliklərini yaymaq üçün Gilana gəlib məskunlaşıb
Şeyx Zahid Gilani haqda rəvayətlər:
Birinci rəvayət:
Belə rəvayət olunur ki,günlərin bir günündə ,İbrahim zahid uşaq idi və kitabları qoltuğunun altında məktəbə gedib gəlirdi.Şeyx Cəmaləddin bir gün yolda ,eyni qayda ilə məktəbə getməkdə olan İbrahim Zahidi görür və əlini onun başına qoyaraq “Ustadım Şəhabəddin,bizi buraya ,bu məsum uşağı yetişdirmək üçün göndərdi deyə buyurdu.İbrahim Zahid Gilani ,zahiri elmlərdə təhsilini tamamlamaq üçün Şiraz şəhərinə gedir.Orada zahiri elmləri öyrəndikdən sonra ,batini yolunda da irəliləmək üçün ,əhl-i sünnə alimlərindən və böyük övliyalardan olan Sədi Şirazi ilə görüşüb tanış olur.Sonra isə İbrahim Zahid Sədi Şirazinin tələbəsi olur.Onun söhbətləri bərəkəti ilə,ali məqamlara ,üstün dərəcələrə qovuşur.Sədi Şirazi bir gün İbrahim Zahidə deyir: “ Övladım! Bizim yanımızdakı təlimin və tərbiyən tamam olmuşdur.Bundan sonrakı yetişmən və yüksəlmən isə,Seyyid Cəmaləddine həvalə edilmişdir.Buna görə də hazırlaş və sonra isə Gilan vilayətinə,onun yanına get,orada Cəmaləddinin xidmətində dur”.Bundan sonra İbrahim Zahid Gilana gedir,orada Lahicanda oturan Cəmaləddinin yanına daxil olur və onun tələbəsi olur.Shbət və xidmətindən ayrılmır.İbrahim Zahid Cəmaləddinin yanında yüksək olqunluqla ,üstün məqamlara çatır və çoxlu kəramət sahibi olur.Seyyid Cəmaləddinin yanında biliklrini təkmilləşdirən Şeyx Zahhid gündən-günə tanınmış şəxsiyyətə çevrilməyə başlayır.
Birinci rəvayət:
Rəvayətə görə günlərin birində Şeyx Zahid həmişə keçdiyi yerdən bir yabanı ot bitkisi ilə rastlaşır və onu yerdən qoparır.Sonra birdən ,o otlar onun əlində onun gözünə xam gümüş kimi görünür.Halbu ki, onun əvvəllər belə şeylərə gözü və könlü yox idi və istəməzdi.Dünya malının əldə gəzdirilməsini həmişə qəbahət sayardı.Bundan heyrətlənən İbrahim Zahid əllərini göyə qaldıraraq “ Nə qəbahət işləmişəm ki, belə mənzərə ilə qarşılaşdım və niyə belə oldu? deyə ağlayaraq səcdəyə gedərək tövbə və istigfarə edir.Bu dəfə yolunu dəyişdirib başqa tərəfə gedir.Sonra isə əlinə baxır və əlinə aldığı otların bu dəfə xalis qızıl olduğunu görür,sıxıntı və üzüntüsü daha da artır.Bundan hövüllənən Şeyx Zahid tələsik müəllimi Seyid Cəmaləddinin yanına gedir.Cəmaləddinin yanına çatan Şeyx Zahid ağlayaraq başına gələnləri danışır.Sonra isə yalvarır və bu işdən qurtulmaq üçün ustadına istihram edir.
İbrahim Gilaninin danışdıqlarını diqqətlə dinləyən Sədrəddin belə cavab verir: “Bu elə bir haldır ki,təsəvvü yolunda irəliləyən şəliqi ,belə şeylərə təcrübə və imtahan edərlər.Sən bu imtahanı qazandın.Bütün nəbi və vəlilərin ruhları ilə birlikdə ,yerdə və göydə olan mələklər və bütün məzluqat ,sənə Zahid dedilər və adını Şeyx Zahid qoydular”
Zahid,haram və şübhəlilərə düşmək qorxusuyla mübahların çoxunu da tərk edən ,dünyaya və dünyəvi olan şeylərə məhəbbəti olmayan ,qəlbi bunlara meyl etməyən kimsədir.
İkinci rəvayət:
Belə rəvayət olunur ki, müəlliminin əmri ilə ,Şeyx Zahid tarladan bir çuval düyünü çiyninə atıb müəlliminin yanına gətirimiş.Lakin çox yorulduğu üçün çuvalı yerə qoyub bir az nəfəs almaq və öz yorğunluğunu çıxarmaq istəyir.Elə bu əsnada ,çuvaldan bir dənə düyünün yerə düşdüyünü görür.Tez onu yerdən götürüb ağzına atmaq istəyir.Lakin bir dənə olduğu üçün buna əhəmiyyət verir və bu bir dənə düyü ilə imtahan edildiyini düşünərək tez o düyü dənəsini çuvalın içinə qoyur.Sonra isə öz dincini aldıqdan sonra Şeyx İbrahim Zahid müəlliminin yanına gəlir.Müəllimi Cəmaləddin onu görən kimi deyir: “ Ey İbrahim! Sözündə sədaqət göstərdin.Əhdinə vəfa eylədin.Zahid adına layiq olduğunu isbat etdin” deyə buyurdu.
Seyid Cəmaləddinin yanında yetişib kamala gələn İbrahim Zahid Gilani ,fətva verəcək dərəcəyə gəlib çatır və tanınmış övliyalardan biri olur.
Şeyx Zahid Gilaninin müəllimi Hacı Seyyid Cəmaləddinin vəfatı yaxınlaşanda Şeyx Zahid Gilaniyə vəsiyyət edib buyurur ; “ Vəfatımdan sonra ,insanlara faydalı olmaq ,onların hidayətə qovuşmalarına vəsilə olmaq məqsədiylə,məmləkətin olan Gilana get və orada daşlıq və dağlıq bir bölgə ilə qarşılaşarsan.Orada ,dağ içində olan bir vadiyə çatarsan və sənə yol göstərərlər.Oranı da, keçdikdən sonra qarşılaşdığın yer sənin xidmət yerin olsun”.
Bunlrı diqqətlə dinləyib ; “ Baş üstə “ deyə cavab verən Şeyx Zahid Gilani ,müəlliminin vəfatından sonra ,eyni ilə tərif edilən şəkildə olan yerə gedir.Hər şey müəllimin bildirdiyi kimi olurdu.Nəhayət bildirilən yerə gəlib çatır və orada yerləşir.
Şeyx Zahid burada uzun illər xidmətlə məşğul olur.Bir çox kimsənin hidayətə qovuşmasına vəsilə olur.Şeyx Zahid nəfsə uymamaqda çox mahir idi.Gündüzlər oruc tutar,gecələri də namaz qılmaqla ,Quran-i kərim oxumaqla ,Allah taalanı zikr etməklə vaxt keçirirdi.Şeyx Zahid heç yatmazdı.Gündüzləri oruc tutaqla birlikdə ,tarlasında çalışar,boş durmazdı.Gecələri yatmamaq üçün ,ucu dəmirli bastonunun sivri dəmirin boğazının altına dayayar,beləcə oyaq qalmağa çalışardı.
Üçüncü rəvayət:
Belə rəvayət olunur ki,günlərin bir günündə ,səyahətə çıxan Şeyx İbrahim Zahid Gilaninin yolu Ərdəbil şəhərinə düşür.Orada Əbdulmalik məscidi adı ilə tanınan məsciddə qonaq olur.Məscidin vəzifəli müəzzini o gecə yuxusunda ,məscidin banisi (inşa etdirəni) olan Əbdülmalik,müəzzinə ; “ Bu gecə məscidimizə bir qonaq gəldi.Get bax və onu qarşıla” deyir.Müəzzin də,qonağa təklif ediləcək bir şeylərinin olmadığını söyləyir.Bunun üzərinə Əbdülmalik ; “Evin falan yerindəki yağ ilə ,filan şəxsin hədiyyə etdiyi düyü və filan yerdəki əti bişir və məsciddə olan qonağımıza təklif et.Bundan sonra oyanan müəzzin ,yuxuya inanmayıb təkrar yatır.Eyni yuxunu təkrar görür və oyanır.Yenə də yatır.Lakin eyni yuxunu üçüncü dəfə görən müəzzin qalxıb məscidə gəlir.Məscidə gələn müəzzin görür ki,Şeyx İbrahim Zahid məscidin içində əyləşib Allah taalaya zikr etməklə məşuldur.Müəzzin ona öz yuxusundan heç bəhs etmədən ; “Ağam ! Xoş gəlib ,səfa gətiribsiniz.Yeməyə heç nəyim yoxdur sizə təklif edim” deyir.Şeyx Zahid cavabında şikayət etmə! Sonra ziyan görərsən “ deyir.Onun bu açıq kəraməti qarşısında heyrətə gələn müəzzin ,qarşısındakı şəxsin ,adi bir adam olmadığını,övliya bir zat olduğunu anlayıb onun əllərini tutub öpməyə başlayır.Sonra gedib Şeyx İbrahim Zahidə yemək hazırlayır.Bir müddət sonra isə həmən müəzzin Şeyx Zahidin tələbəsi olur.
Dördüncü rəvayət:
Həəd Əli adlı bir övliya belə rəvayət edir: “Şeyx Zahid adı ilə tanınan İbrahim Zahid Gilani ilə birlikdə bir gəmidə yol yoldaşı idik.O vaxta qədər mən onu şəxsən tanımırdım.Fəqət üst-başından və geyimindən bir övliya olduğu bilinirdi.Gəmidə bir küncdə oturub heç kimə və heç nəyə qarışmırdı.Bir az sonra fırtına başladı Fırtınanın təsirindən gəmi güclü şəkildə ləngər vurmağa başladı. Bu zaman hamı təlatümə düşdü və zənn edirdilər ki,batacağıq.
Elə bu həngamədə gözüm gəminin bir küncündə hələ də sakitcə əyləşən İbrahim Zahidə sataşdı.Dərhal onun yanına gedib ona; “Ey şeyx! Belə təhlükəli bir dəqiqələrdə ,bir küncdə sakit əyləşincə bir şey edib qurtuluşumuza vəsilə olsanız olmazmı?” deməyi düşünürdüm.Lakin elə bil o məni qeybdən anlamış kimi dərhal yerindən qalxıb ,gəmiçinin yanına getdi,sükanı əlinə alıb gəmini çox gözəl və rahat idarə etməyə başladı.Onun sükanı əlinə almasıyla fırtına sakitləşməyə və gəmimiz də düzgün üzməyə başladı.Elə bu dəmdə İbrahim Zahid mənə xitabən; “Ey xacə Əli! Gəmi belə sürülür,elə deyilmi? “ dedi.Mən də ,çıxdım yuxarı və İbrahim Zahidin yanına yaxınlaşıb salam verdim.”Və əleyküm salam ey xacə Əli Ərdəbili “ deyə buyurdu.Mən isə sevincimdən onun əllərinə sarılıb; “Məni necə tanıdınız ? adımı,haralı olduğumu necə və haradan öyrəndiniz?” dedim.”Allah taalanın izni ilə könlündən keçəni bilən,adını və məmləkətini bilməzmi?” deyə cavab verdi.Bundan sonra , “Allah taala ,övliyasının gözlərindən pərdəni qaldırır və gizli olan bir çox şeyi onlara göstərir” sözünü xatırladım.
Beşinci rəvayət:
Şərəf əd-Din adlı bir övliya belə rəvayət edir:Adəti üzrə bir dostumla İbrahim Zahidi ziyarətə gedirdik.Yanımızda,ona hədiyyə olaraq heç bir şey götürə bilmədik.Bu fikirlə yola davam edərkən ,Gilan çayı kənarına gəldik.O anda çayın suyunun qabardığını,böyük bir balığın sahilə vurulduğunu gördük və heyrətimizdən donub qaldıq.Biz,gözümüzün önündə bir anda baş verən bu hadisə qarşısında heyrətdə ikən,çayın suyu yenidən sakitləşdi.Bizim heyrətimiz daha da artdı.Bu balığı,müəllimimizə hədiyyə aparmağı qərara aldıq.Şeyxin evinə çatan kimi bizi hüzuruna qəbul etdi.O, da, iltifat edərək hədiyyəmizi(böyük balığı) aldı və mətbəxə göndərdi və tapşırdı ki,onu bişirsinlər.Balıq bişəndən sonra süfrəyə gətirdilər və balıqdan orada olan hər kəs yeməyə başladı.Balıqdan hamı yeyib doysada,ama balığın əti bitməmişdi.
Yeməkdən sonra söhbətə başlayan Şeyx İbrahim Zahid ,söz əsnasında buyurdu ki: “Tam bir təvəxxüh ilə Allah taalanın vəli qullarına yönələnlər ,Allah taalanın və məxluqatın sevgilisi olarlar.Hətta göydə və yerdə olan şeylər belə,onlara yardım,təklif və hörmət edərlər.” Biz ,onun bu sözünü ,bizim haqqımızda söylədiyini ,kəramət olaraq halımıza vəqf olduğunu anladıq.”
Altıncı rəvayət:
Şeyx İbrahim Zahid Gilaninin tələbələrindən olmuş Əhməd adlı bir övliya belə rəvayət edir:
“ Günlərin bir günündə ,müəllimimizlə birlikdə bir yerdən keçirdik.Yanımızda bəzi tələbə yoldaşlarımız da var idi.Həddini bilməz bəzi şəxslər ,bizi görüncə biri-birilərinə ; “Hey! Baxın plov düşmənləri keçir.Kim bilir hara yağlı plov yeməyə gedirlər.Bunlar çöldən sufi görünürlər,amma Allah bilir,tənhada tək qaldıqlarında nələr edirlər!” kimi nalayiq və ədəbsiz sözlər dedilər.Bu sözlər müəllimimizin xətrinə dəydi.Çox üzüldü.O, bu sözləri deyən şəxslərə tərəf döndü : “Əgər biz,sizin dediyiniz kimi deyilsək,hidayətə qovuşmuş olub ,başqalarını da, bu yola dəvət edən ,nəfsinə və şeytana uymayan ,cənab-i haqqa şükür edənlərdən isək ayaqlarınız qırılsınmı?” deyə buyurdu.Şeyx İbrahim Zahid Gilaninin sözü bitər-bitməz ,o şəxslərdən hər biri qəzzəbə düçar oldular.Ayaq üstə dura bilməyib,yerə yıxıldılar və hamısı da, güclü sıxıntı içində ,acı içində qovrulub qaldılar..Orada olan hər kəs də,bu halı görüb ibrətlə seyr etdilər.Orada olan digər şəxslər isə,Allah taalanın vəli qullarına sataşmanın ,onları məsxərəyə qoymağın necə böyük fəlakət və günah olduğunu ,öz gözləri ilə görüb şəxsən şahid oldular.Bununla bərabər bu şəxslərin bu acılarının ,axirətdə çəkəcəkləri əzab və sıxıntılar ynında kiçik bir şey olduğunu düşünüb; “ Allah taalanın övliyasını incitməkdən Allah taalaya sığınırıq “ dedilər.
Yeddinci rəvayət:
Belə rəvayət olunur ki,günlərin bir günündə Şeyx İbrahim Zahid Gilaninin hüzuruna ,göz yaşları içində bir qadın gələrək ,çox sıxıntı içində olduğunu,şeyxin duasını almağa gəldiyini ,dərdinə heç kəsin çarə tapa bilmədiyini deyib şeyxdən kömək istədi.Şeyx onun dərdini soruşduqda ,qadın öz dərdini belə anlatdı: Dünyada oğlumdan başqa heç kimim yoxdur.Oğlum bir xəstəliyə tutuldu.Xəstəliyin ona verdiyi ağrı ilə,özündən getmiş bir şəkildə,bir ağacın altında yatarkən bir ilan gəlib oğlumun ağzından mədəsinə girərək orada durur.İlan bəzən onu içəridən dişləyib ona əziyyət verir.Çox yerlərə müraciət etmişəm ,lakin bu günə qədər heç bir nəticə ala bilməmişəm.Xaiş ediərm heç olmasa siz mənə kömək edin və oğlumu bu bəladan qurtarın!”.Qadının anlatdıqlarını üzüntü ilə dinləyən Şeyx Zahidin qabaqcıl tələbələrindən biri olan Şeyx Səfiəddin də ,orada idi İbrahim Zahid Şeyx Səfiyə buyurdu ki: “Get ,o ilana; “Şeyx Zahidin əmri var “ de.Oradan çıxıb getsin və bir daha o şəxsə zərər verməsin.”
Qadın rahat olaraq öz evinə döndü.Bir az sonra da Şeyx Səfi də,o qadının evinə getdi.Bu məsələdən xəbər tutanlar heyrət içində işin nə ilə nəticələnəcəyini səbirsizliklə gözləyirdilər.Elə bu minval ilə də qadının evinin həyətinətoplaşmış,bəziləri isə hasardan boylanıb baxırdılar.Şeyx Səfi ,o oğlanın yanına gəlib Şeyx Zahidin dediklərini eyni ilə tədbiq etdi və o sözləri də,söylədi.Şeyx Səfi öz sözünü bitirər-bitirməz, ilan ,dər hal oğlanın ağzından çıxıb ordan uzaqlaşdı.Orada olan hər kəs bu mənzərəyə şahid oldu və heyrətlərindən donub qalmışdılar.Həmən oğlan və anası sevincindən Allaha şox şükür edib ,Şeyx İbrahim Zahid və tələbələrinə çox dua etdilər.Bu hadisədən sonra Şeyx Zahid və tələbələrinə olan inam qat-qat artdı.
Şeyx Zahidin ölümü yaxınlaşdığında ,yanında olan tələbələri və yaxınları ona yalvararaq dedilər ki: “Ağamız! Xeyli vaxtdır ki, ağzınıza heç bir şey qoymadınız və boğazınızdan bir tikə də,olsun keçmədi.Həmişə oruclu olursunuz.Bununla bərabər, iftar və səhərdə də,bir şey yemirsiniz.Bununla əlaqədar xəstəliyinizin daha da artmasına görə narahat oluruq.”Onların bu sözlərinə cavab olaraq iltifatla və təbəssümlə cavab verən Şeyx İbrahim Zahid Gilani; “ Gözəl bir ət olsa ,su ilə bişirib yəhni edilsə yeyərəm ” deyə buyurdu.
Şeyxin istəyinə uyğun olaraq gözəl bir yemək bişirilib axşama hazırlandı.Axşam olan kimi ,şam namazından sonra süfrəyə əyləşdilər.Özü su ilə iftarı açan Şeyx İbrahim Zahid ,o yeməkdən yemədi. “ Ağam! Heç olmasa bir tikə yeyin” deyənlərə; “Siz yeyiniz.Tələbələrimin yemək yemələrini ,ağızlarının hərəkətlərini seyr etmək mənə ayrı bir zövq verir” deyə buyurdu.Ertəsi gün yenə oruca niyyət etdi və oruclu olaraq vəfat etdi.Şeyx Zahidin yetişdirdiyi tələbələrin sayı çox olub,öndə gedənləri və özündən sonra xəlifəi olan dörd dənəsinin adları bunlardır:
Şeyx Səfi,Şeyx Əhi Yusif,Şeyx Pir Hikmət və Şeyx Əhi Məhəmməd.Bu bəndlər səkkiz əsrə yaxın bir dövür küçməsinə baxmayaraq Şeyx Zahid haqqında nəsillərinxatirəsi deyil,onu yaxından tanıyan müridi və kürəkəni və böyük bir sülalə başçısının fikirləridir.Şeyx Zahid hər yeri ,xüsusən müridləri olan şəhərlərə gedərdi.Güştas(Salyan),Mahmudabad,Novşəhr,Sərab,Ərdəbil,Meşkin,Xalxal,Xoy və başqa yerləri sadalamaq olar.O,insanlara yardım etmək üçün öz dövrünün hökmdarları və məsul şəxsləri ilə əlaqələr yaradırdı.O,üç dəfə Muğanda Elxani hökümdarı Qazan xanla (1290-1295) görüşür.Bu görüş onun hökmdarlar yanında necədə böyük hörmətə malik olduğunu göstərir.Şeyx Zahid Gilanin ,Elxani hökmdarları ilə olan dostluq münasibətlərindən istifadə edərək o zamanlar Elxanilər tərəfindən həbs olunub zindana atılan Astara hakimini həbsdən azad etdirir.A,A,Bakıxanov “Gülüstan-i İrəm əsərində hicri 906(miladi1501) ildə Şah İsmailıin Talış mahalında olması (Bax:Abbasqulu Ağa Bakıxanov.Ügülütan-i İrəm”Bakı-1991.səh.96) ,yazıçı F.Kərimzadənin “Xudafərin körpüsü” romanında isə şah İsmailin Lənkəranda ulu babası Şeyx Zahidin məqbərəsini ziyarət etməsi təsvir edilmişdir.
1609-cu ildə I Şah Abbas da Şeyx Zahid Gilaninin məqbərəsini ziyarət edərək oranı bərpa etdirmişdir.Tədqiqatçılar qeyd edirlər ki,Şeyx Zahid Gilaninin məqbərəsinin həyəti o zamanlar fəxri dəfn yeri olmuş və burada şiələrin o zamanlar ən tanınmış adlı-sanlı şəxsiyyətləri dəfn olunmuşdur.Şeyx Zahidin məqbərəsi Təbriz və Şirvan memarlıq məktəbi üslubunda tikilmiş, möhtəşəm minarəsi ,kaşı bəzəkləri ilə diqqəti cəlb etmişdir.
Şeyx Zahid Gilanini vəfat etdikdən sonra onun məzarı müqəddəs ziyarətgaha çevrilir.Elə bu səbəblərdən onun müridi və kürəkəni Şeyx Səfiəddin Şeyx Zahidin məzarı üstündə məqbərə tikdirir.İslamın təbliğatçılarından biri kimi şərqdə böyük hörmətə malik olan şeyx Zahidin Şeyx Zahid məqbərəsini Talışın hər yerindən,Gilandan,Xorasandan,Mazandarandan,Cibəldən ,Şirvandan və Azərbaycandan ziyarətə gəlirdilər.
Tarixdən bilirik ki,Şeyx Zahid məqbərəsini bir neçə dəfə sui basmışdır.1478-ci ildə məzarı yenidən su basdıqda Şah İsmayil Xətainin atasıl Şeyx Heydər (1460-1488) bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi yenidən təmir etdirmişdir.
Tarixçi İskəndər bəy Münşi “Tarix-e Aləm Aray-i Abbasi” adlı əsərində 1609-cu il hadisələrindən bəhs edərkən yazır ki,I şah Abbas (1587-1629) Şeyx Səfiəddinin məzarını ziyarət etmək üçün Ərdəbilə ,Şeyx Zahidin məzarını görmək məqsədilə Talışın Şıxəkəran kəndinə gedir.O,hər iki məzarı təmir etdirir. 27.(Bax:İskəndər bəy Münşi.”Tarix-e Aləm Arayi Abbasi.Baıkı-2010.səh.76)

Şah İsmayılın altıncı babası olan Şeyx Zahid Gilaninin müqəddəs məqbərəsi ,möhtəşəm ziyarətgah əsrimizin 30-cu illərində digər türbə,məqbərə ,ocaq və pirlər kimi dağıdılır.
1950-ci illərin əvvəllərində Şıxəkəranlı usta Dadaş Nəzər oğlu(1896-1969) tərəfindən türbə kimi təmir olunur.(Bax yenə orda Baba Rzayev.s). Bəzi mənbələr Şeyx Zahidi Gilanlı adlandırı və şeyx Səfiəddinin məhz Gilanda onun yanında oxuduğunu yazırlar.Lakin kifayət qədər sübut var ki,Şeyx Zahid Gilanın şlimalında,Talışların sıx yaşadığı ərazidə yaşamışdır.İ.Berezn özünün “Şimali İrana səyahət” adlı kitabında Şeyx Zahidin məqbərəsinin Lənkəranın Şixəkon (Bax.Şıxəkəran-Şeyx evlər)adlı yaşayış məntəqəsində yerləşdiyini deyir və “Şıxəkon” sözünü də Talış dilində “Şeyxin evləri” olduğunu qeyd edir.(Bax:İ.Berezin.”Путешествие по северной Персии.Кавказь,1852,стр.116-117).Şeyx Hüseyn özünün “Silsile -ye Nəsəb-e Səfəviyye” adlı əsərində belə yazır: “ Şeyx Zahidin iki ailəsindən biri Talışın Lənkəran mahalının Hiləkəran kəndində yaşayır.Bu kəndi Astaranın dəniz kənarında yerləşən Giləkəran kəndi ilə qarışdırmaq olmaz.(Bax: “Şeyx Hüseynin “Silsile -ye Nəsəb-e Səfəviyye” səh.22).XIV əsrlərdə Səfiəddinin Şeyx Səfiəddinin Fars,Türk və Gilək dili ilə bərabər Talış dilində də rubai yazması faktı bu günə qədər üzə çıxarılmamışdır.Lakin 1925-ci ildə Talışda olmuş B.V.Miller Talış dilini öyrənmiş, və daha sonra bu mətnlərlə tanış olandan sonra bu rubailərin məhz Talış dilində olduğunu görmüşdür.Bu minvallada,bu mətnləri araşdırmağa başlamış və özünün Talış dili kitabında vermişdiir.Bu faktların hamısı Səfəvilərin ana tərəfdən Talış olmasını göstərir.Bu əsl tarixi mənbə və faktdır.Səfiəddin İshaq Ərdəbili də, Taciəddin Zahid Gilaninin ikinci böyük oğlunu əvvəlki evliliyindən olan qızlarından birinə nişanlayaraq qohumluluq bağlarını möhkəmləndirmişdir.Bu evlilik hər iki tayfanı birləşdirdi.Bu qaydanı 170 il boyunca təqib edərək və onun qaydalarına əməl edən Səfəviyyə təriqəti siyasi və hərbi güc və qüvvə qazandı və bununun son zirvəsi olaraq güclü Səfəvi-Şiə dövlətini qurdu.
Şeyx Zahidin bir neçə yerdə türbəsi var.Bu türbələrindən biri də,Lənkəıran rayonunun Siyavar kəndi ərazisində yerləşir.Sonralar Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqadar olaraq Şeyx Zahidin məqbərəsi bir neçə dəfə dağılmışdır.Buna əsaslanaraq məzarı indiki Şıxəkəran kəndinə köçürülmüşdür.Məqbərənin dağılmasının qarşısını almaq məqsədi ilə Şeyx Heydər 1478-ci ildə ,Şah İsmail 1500-cü ildə,I Şah Abbas 1609-cu ildə məqbərəni təmir etmişlər(Bax: Etibar Əhədov və Mirhaşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.432).Siyavarlı ziyalı Mir Hüseyn Abbası özünün “Siyavar “ kitabında yazır: “ Şeyx Zahid ölərkən ,yaratdığı dərviş cəmiyyətinin başçılığına öz oğlu Şeyx Cəmaləddini yox,kürəkəni Şeyx Səfiəddini təyin edir.Şeyx Səfiəddinin nəsli “Səfəviyyə” adlanan yeni cəmiyyətin başçıları olmuşlar.Şeyx Zahidin törəmələri isə Səfəvilərdən asılı vəziyyətə düşmüşlər.Lakin onlar mürid və vassallar içərisində hörmətli yer tutmuşlar.(Bax: MirHüseyn Abbas.”Siyavar”.Bakı-2015.səh.276-277).Şeyx Zahid 1330-cu ildə Siyavar kəndində vəfat edir və elə oradadaca dəfn olunur. Bir müddət ziyarətgah kimi istifadə olunan bu türbə Rus işğalı və Rus-İran muharibələri dövründə baxımsızlıq ucubatından dağılmağa başlamışdır.Ellə bu səbəbdən də 1900-cu ildə təmir olunmuşdur.Şeyx Zahid Gilani türbəsi haqda Səidəli Kazımbəyov,tarix elmləri doktoru Məşədixanım Nemətova ,Seyidağa Onullahi ,Aqşin Mistanlı(1990.Leninçi qəzeti),Mir Hüseyn Abbas və digərləri Şeyx Zahid Gilani haqda gitablar,əsərlər və elmi-publisitik məqalələr yazmışlar.Şeyx Zahid məqbərəsi ölkə əhəmiyyətli memarlıq abidəsidir.Azərbaycanın mədəni irsində xüsusi yer tutur.Bu türbə ən çox ziyarət olunan türbələrdəndiir.Məhərrəm aylarında insanların bu türbəyə kütləvi axını muşahidə olunur.Türbənin invertar nömrəsi № 4838,sistem kodu AJA004640 – dır.

ŞEYX ZAHİD GİLANİ..
ŞEYX ZAHİD GİLANİ..

Şəkil.Şeyx Zahidin Lənkəranın Şıxəkəran kəndindəki məqbərəsi.Şəkil.Şeyx Zahidin Gilanın Lahican məntəqəsindəki türbəsi

İstifadə olunmuş ədəbiyyat:

1.(Bax:Əbdülbaki Gölpınarlı,”Türkiədə məhzəblər və Təriqətlər”,İnqilab nəşriyyatı,1997.
2.(Bax:Zahed Gelani Maddesi,Wikipedia)
3.(Bax:E.G.Browne.Literary History of Persia.(Four volumes,2,256 pages,and twenty-five years in the writing).1998.İSBN 0-7007-0406-X.)
4.(Bax:Jan Rypka,History of Iranian Literature.Ridel Publishing Company.1968.İSBN 90-277-0143-1)
5.(Bax:Monika Gronke.Derwische im Vorhof der Macht.Sozial-und wirtchaftsgeschiche Nordwestrians im 13.und 14.Jahrundert.Wiesbaden 1993)
6.(Bax:www.turkcebilgi.com)
7.(Bax: Etibar əhədov və Mirhaşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.432).
8.(Bax: Mir Hüseyn Abbas.”Siyavar”.Bakı-2015.səh.276-277)
9.(Bax:www.düzgün.ir).
10.(Bax:anl.az.Наследие шейха Захида)
11.(Bax:Каспии,-2011.-18 июня.-стр.11)
12.(Bax:B.V.Miller.”Талышский язык”.Moskva-1953.səh.254)
13.(Bax:İ.Berezin.”Путешествие по северной Персии.Кавказь,1852,стр.116-117)
14.(Bax:Ə.Kəsrəvi.”Azəri və ya Zəban-e Bastan-e Azərbaycan”Tehran.1340)
15.(Bax: Şeyx Hüseyn “Silsile -ye Nəsəb-e Səfəviyye”)
16. (Bax:Yaqub Babayev.XIII əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu” monoqrafiyası.Bakı-“Elm və Təhsil” – 2009)
17.”(Bax:Evliyalar saytı.Gilani evliyalaı,havetiyye,Silsile-i Halveti” 21 şubat 2017 –ci yıl)
18.(Bax:www.konya.edu.tr)
19.Necmettin saytı.
20.(Bax:Березин.Путешествие по Востоку.Казань,1850)
21.(Bax:Миллер.Б.В.К Вопросу об языке населения Азербайджана до отуречения этой обдасти.М.,1930)
22.(Bax:www.mumsema.org saytı)
23.(Bax: Ibn Bəzzaz Təvəkkülü.”Səffat üs-Səfa).
24.(Bax:”Lənkəran “ qəzeti,14 dekabr 1999-cu il).
25.(Bax:Baba Rzayev.”Şeyx Zahid Gilani”.Bakı-1989.səh.6)
26.(Bax:Abbasqulu Ağa Bak;xanov.Gülüstan-i İrəm. Bakı-1991.səh.96)
27.(Bax:İskəndər bəy Münşi.”Tarix-e Aləm Arayi Abbasi.Baıkı-2010.səh.76)
Aqşin Mistanlı.Tədqiqatçı-tarixçi,AYB-nin üzvü.

Aqşin MİSTANLI (ƏLİYEV)
Tarixçi-tədqiqatçı

Oxunub: 2 061
Oxşar xəbərlər
SON XƏBƏRLƏR