dini radikalizm və ekstremizmlə mübarizə

Seyid Xəlifə ocağı

Seyid  Xəlifə ocağı
Səyd Xəlifə - Sexəlifə ocəğ-Soltan sexaəlifə ocəğ(Seyid Xəlifə ocağı.)Bölgə əhəmiyyətli memarlıq abidəsi.Türbə Lənkəran rayonunun Cil kəndi ərazisində,kiçik meşəlik bir ərazidə yerləşir.Türbənin tikilmə tarixi XIX əsrə təsadüf edir.Tarixçi Etibar Əhədov Seyid Xəlifə ocağını IX-XI əsrlərə aid edir. (Bax:.Etibar Əhədov.Mir Haşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.405).Bəzi araşdırmaçılar Seyid Xəlifə sözünü “Sexəlifə” kimi yazır.İldırım Şükürzadə öz kitabında Seyid Xəlifə sözünü “Sexəlifə” kimi qeyd edir.Onun fikrincə “se” (Talışca-üç),”xəlifə” isə (ərəb dilində -muavin)dir.Lakin fikrimcə bu ad “Se xəlifə” yox,”Seyid xəlifə” dir.Çünki tarixi mənbələrə görə Səfəvilər sülaləsindən olan və əslən Ərdəbil şəhərindən olan və talış xanları sülıaləsinin banisi Seyid Abbas bir zamanlar ərdəbil şəhərindən talışa gəlmiş və indiki Sexəlifə .
ərazisində məskun olmuşdur.Ehtimal ki,elə burada da dəfn edilmişdir.İndi isə tarixi mənbələrdə Seyid xəlifə haqqında məlumatlara nəzər yetirək: Təsadüfdən Хərхətan [kəndində](bax-Lənkəran rayonunun Xərxətan kəndi) оn dörd yaşlı хоş simalı Sеyid Abbas adlı bir nəfər оlurdu. Bu kəndlərdə həmin sеyid kimi gözəl uşaq yеtişməmişdi. Bu uşaq yеtim idi. Оn iki yaşlı gözəl bir bacısı vardı. [Ibrahim] хan dеdi: «Sеyid Abbasın bacısı оlsa, оnunla еvlənərdim!». Ağsaqqallar cavabında dеdilər: «var və hazırdır!». [Хan] həmin qızı aldı. Indi də Sizə haman Sеyid Abbasın hansı tayfadan [оlduğu] və hansı vilayətdən gəldiyi haqqında məlumat vеrim. Sеyid Abbasın atası Хalхal(Bax: Хalхal. Bu gün Hirоvabad adlanan Хalхal şəhristanı şimaldan Ərdəbil, cənubdan Zəncan, şərqdən Talış dağları, qərbdən Sarab və Miyanə şəhristanları ilə sərhəddir. Mərkəzi şəhəri Hirоvabad (=Хalхal)dır) [mahalının] Hir(Bax : Hir. Ərdəbil şəhristanına daхil оlan dəhistan (kənd rayоn)lardan birinin mərkəzndir. Hir şimaldan Nəmin, cənubdan Kivi, şərqdən Talış, qərbdən Gоrayim dəhistanları ilə sərhəddir). kəndindəndir. Güzəranını yaхşılaşdırmaq üçün ailəsini götürüb Talış yоlu ilə Şirvana gеtmək fikrində idi. Оnun bir еşşəyi vardı. Türk dеmişkən öz hоş-hоşunu [yükünü] оna yükləyib gеdirdi. Indii Хərхətan dеyilən kəndə çatdıqda palçıq çох оlduğundan еşşək palçığa batdı. [Sahibi] оnu min əziyyətlə ayağa qaldırdı. Lakin gün aхşam оlmuşdu. О, gеcəni оrada qalıb yatdı. Röyada allah tərəfindən оna ilham nazil оldu: «Еy alicənab sеyid, bu yеrdən gеtmə, [çünki] sənin övladın Talış vilayətinə hakim оlacaqdır!». Dеyirlər ki, Sеyid о gеcə yatdı, bu хəbər оna təkrar allah tərəfindən nazil оldu. Sеyid haman kənddə sakin оldu. (11,a) Оradan başqa yеrə gеtmədi. Hazırda о kənd Хərхətan adlanır, həqiqətdə isə Хərqəltandır.(Bax:Mirzə Əhməd Mirzə Xudaverdi oğlu..Əxbərnamə.1855.Bakı-2009.səh.20-23).Seyid Abbasın Talışa gəlməsi haqqında tarixçəsi Səidəli Kazımbəyovun “Cəvahirnamey-i Lənkəran “ kitabında da öz əksini tapır.belə ki,o zamanlar indiki Cil kəndi mövcud olmadığına görə Seyid Abbasın məsgən saldığı Seyid Xəlifə ərazisi elə o zamanlar Xərxətan kəndinə daxil idi. Tarixçi Mir Haşım Talışlı özünün Lənkəran kitabında yazır: “Talış Xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub Seyid Abbasdır.,İranda baş verən qarışıqlıqlar zamanı Talışa gələn Seyid Abbas yerli feodallarla yaxınlıq etmiş,1736-cı ildə Nadir şahın hakimiyyətini tanımış və sonralar oğlu Cəmaləddini onun xidmətinə göndərmişdir.Nadir şah rəsmi fərmanla Seyid Abbası Talışın nəsli hakimi elan etmişdi.Nadir şah öldürüldükdən (1747) sonra Azərbaycanda yaranmış müstəqil xanlıqlardan biri də,Talıış xanlığı idi.(Bax:Mirhaşım Talışlı.Lənkəran.Bakı-Maarif.1990.səh.30).Burasdan da açıq aydın olur ki.nadir şah rəsmi fərmanla Seyid Abbası Talış nəslinin banisi və nəsli şəcərənin xəlifəsi təyin edir.Bəziləri buradakı “xəlifə” sözünü IX əsrdə mövcud olmuş ərəb hökmdarlarına verilmiş “xəlifə” adı ilə səhv salırlar.Qeyd etməliyəm ki,bəzi osmanlı sultanları sultan olmaqla yanaşı eyni zamnda islam aləminin də,xəlifəsi sayılırdı.Ama nəzərə alsaq ki,bu dövürdə artıq ərəb xəlifələri və xilafət yox idi.Bundan əlavə orta nəsrlərdə Azərbaycan ərazisində mövcud olmuş “dar-ül fünun” və “dar-ül İtəm “ kimi m dini mədrəsələrdə hər on uşaq üzərində “xəlifə” adlı nəzarətçi qoyulurdu.bu xəlifələrin vəzifəsi on başı formasında on şagirdə nəzarərət etmək idi.Qeyd etməliyəm ki, elə Seyid Abbasın da adındakı “xəlifə” titulu ərəb xəlifələri ilə heç bir bağı yoxdur.bu titul sadəcə nəsli şəcərə davamçılarına verilir.İndinin özündə də bəzi seyidlər vəfat edən zaman onun davamçısı xəlifə təyin olunur.Seyid Abbas Lənkəran rayonunun Cil kəndində ,meşəlik ərazidə yerləşən həmən qəbirsanlıqda dəfn edilmişdir.Cil kəndinin sakini Yədulla müəllimin dediklərinə görə bu qəbirsanlıqda Seyid Abbasla bərabər onun əmisi oğlu Seyid Əmirxan və Seyid Abbasın oğlu Seyid Cəmaləddin də dəfn edilmişlər.Etibar Əhədov və Mir Haşım Talışlı Seyid Xəlifə ocağı haqda yazırlar: İmam-peyğəmbər övladlarının şərəfinə bu türbə “Sexəlifə” və ya seyid olduqlarına görə “Seyid Xəlifə” adlandırılmışdır.” (Mirhaşım Talışlı, Etibar Əhədov. Cil kəndi – “Sexəlifə” ocağı. “Aşkarlıq” qəzeti, 24-30 sentyabr 2005).
Bundan əlavə Seyid xəlifə ocağında orta əsrlərə aid hündürlüyü 1,5-2 m olan və yumru başlıqlı Səfəvi qəbir daşları və xanlıqlar dövrünə aid və hündürlüyü 60 sm olan və yumru başlıqlı qəbir daşları da mövcuddur.Bu qəbir daşları üzərində ərəb dilində müxtəlif yazılar mövcuddur.Bu qəbir daşları üzərində qılınc və ox təsvirləri əks olunmuşdur.Məhərrəm aylarında bölgənin demək olar ki.hər yerindən ziyarətçilər Seyid xəlifə ocağına axışıb gəlir və imamın yeddisinə kimi burada bu ziyarətlər davam edir.Bundan əlavə Seyid xəlifə ocağında hələ sovet dövründən bəri İmam hüseyn tənziyyəsi qurulub və Kərbəla hadisəsini əks etdirən güclü şəbehlər keçirilirdi.M.Talışlının yazdığına görə : xan nəslindən olan ulu babaları burada basdırılmışlar.Vaxtı ilə Xarxatan və şağlaser kəndləri də öz ölülərini Seyid Xəlifə ocağındakı qəbiristanlıqda dəfn etmişlər.(Bax:.Etibar Əhədov.Mir Haşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.405).Bu ziyarətgah Cil kəndinin tanınmış ziyalılarından biri, Milli Məclisin üzvü Cavanşir Hümmət oğlu Paşazadənin şəxsi vəsaiti hesabına məqbərə tikilmişdir. Türbənin invertar nömrəsi № 4840,sistem kodu – AJA004642 – dir.
Ədəbiyyat:
1.(Bax:.Etibar Əhədov.Mir Haşım Talışlı.Lənkəran Ensiklopedik məlumatı.səh.405)
2.(Bax:Mirzə Əhməd Mirzə Xudaverdi oğlu..Əxbərnamə.1855.Bakı-2009.səh.20-23).
3.(Bax:Mirhaşım Talışlı.Lənkəran.Bakı-Maarif.1990.səh.30).
4 .” (Mirhaşım Talışlı, Etibar Əhədov. Cil kəndi – “Sexəlifə” ocağı. “Aşkarlıq” qəzeti, 24-30 sentyabr 2005).

Akşin Mistanlı
Tarixçi-tədqiqatçı,
Araşdırmaçı-Jurnalist

Oxunub: 1 622
Oxşar xəbərlər
SON XƏBƏRLƏR