dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR

ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏRDjb.az xəbər verir.25.08.2018 ci il tarixi İbadlılar ailəsi üçün ən ağır günlərdən biridir. Onlar artıq Raminsizliyin 4-cü il dönümünü qeyd edirdilər. Şəhidimizin anım gününə Azərbaycanın bir çox bölgələrindən şəhid anaları, Ramin sevərlər, Raminin valideyinlərini tək qoymayaraq Beyləqan rayonunu II Aşıqlı kəndinə üz tutdular. Tədbiri giriş sözü ilə Şəhid analarının oğlu Elman Əsədullayev açaraq həmişə olduğu kimi tədbirin aparıcı qüvvələrindən biri olan Djb.az saytının rəhbəri şəhid analarının dərdini öz dərdi bilən vətənpərvər yazarımız Almaz İlahəyə verdi. Tədbirdə Raminsevərlər müxtəlif çıxışlar edərək onu yad etdilər.
Ramin Beyləqan rayonu ll -ci Aşıqlı kəndində şəhid İlqar Qurbanov adına tam orta məktəbi bitirməsi haqqında onun ibtidai sinif müəlliməsi Bərzandə xanım danışdı. O, Raminin uşaqlığından çox vətənpərvər bir gənc kimi yetişəcəyini az yaşlarında hiss etdiyini bildirdi. Və illər sonra fikrində yanılmadığının da şahidi oldu. Ramin İbadlının rus dili fənn müəlliməsi Qərənfil Əhmədova isə onun Vətənin sevən vətənpərvər bir igid yetişəcəyinə hər zaman əmin olduğunu bildirdi. İllər ötdü hər kəsin düşündüyüm kimi də oldu O, Vətən keşiyində durdu və sayılan seçilən kəşfiyyatçılardan biri oldu. Ramin haqqında danışdıqca hər kəs göz yaşlarında boğuldu, kimi Raminin oğlunun dostu olduğunu söylədi, kimisi də onu övladı kimi sevdiyini bildirdi. Raminin Vətənpərvər olduğunu onu uşaqlıqdan tanıyan kənd sakinlərinin hər biri öz çıxışında bildirdi. Tədbirin sonunda şəhid anaları çıxış etdi onlardan Şəhid Tural Əhlimanlının anası Nəzakət xanım öz çıxışında bildirdi ki, biz anaların dövlət başçımızdan bir xahişi var. Övladlarımızın yaşaması, unudulmaması üçün, şəhidlərimizin tarixlərdə, yaddaşlarda həkk olunması üçün, onların adlarını məktəblərə, küçələrə, qəsəbələrə, açılan yeni parklara adlarının verilməsi ilə əbədiləşdirəm olar.
Belə olarsa bu qərar şəhid analarına bir təskinlik olar. Nəzakət xanım öz çıxışında ali baş komandanımızdan hər zaman razı olduqların və şəhid analarının onun yanında olduqlarını bildirdi.
Tədbirdə Ramin İbadlının müəllimləri Bərazəndə Sadıqova, Qərənfil Əhmədova, şəhid analarından Beyləqandan Şəhid Şahin Cavadovun anası İradə xanım, Biləsuvarda məskunlaşmış Cəbrayillı şəhid Ruhin Qəhrəmanovun anası, Təranə xanım, Lənkəranda dəfn olunan şəhidimiz Əlizaman İslamovun anası Hürnisə xanım, Yardımlı rayonunun Horoba kəndindən Şəhid Nürəddin Mirzəyevin anası Fəxriyyə xanım, Sumqayıt şəhərindən şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım, Şəhid Müşviq Orucovun anası Aygün Məmmədli , Masallı rayon şəhid Nurlan Əsgərlinin anası Ziba xanım, Beyləqandan Tural Əhlimanlının anası Nəzakət xanım, Bakının Binəqədi rayonundan şəhid 1992 ci ilin şəhidi Pövşən İmanovun anası Səkinə xanım, Abşeron Gənclər şəhərciyində yaşayan Qubadlı Zəngilan rayonunda məcburi qaçqın köçgün düşmüş Rəşid Baxşəliyevin anası Çimnaz xanım, kənd sakinləri iştirak edirdilər.
P.S. Şəhidlər vurularkən ölmürlər, unudularkən ölürlər. Keçirilən təbdir bir daha bunu göstərdi ki, analar övladlarının unudulmaması üçün əllərindən gələni əsirgəməyərək məsafələrə baxmayaraq bir-birlərinə dəstəy olurlar. Şəhid analarının isə bir istəyi var övladlarının qanı yerdə qalmasın. Onlar işğal altında qalan torpaqların azad olunmasını istəyirlər, yalnız onda övladlarının rahat uyuyacaqlarını söyləyirlər.

Almaz İlahə Əhmədova
Təsisçi

ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR
ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR

ŞƏHİDLƏR VURULARKƏN DEYİL UNUDULARKƏN ÖLÜRLƏR

Oxunub: 1 256
Oxşar xəbərlər
SON XƏBƏRLƏR