dini radikalizm və ekstremizmlə mübarizə

CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???

CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???

Şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmağı dövlət başçımız, ailə baş komandan cənab İlham Əliyevdən, xanımı Mehriban Əliyevadan öyrənin hörmətli Rayon İcra Hakimiyyətinin Başçıları. Sizlər bu vəzifəyə təyin olunduqda xalqa, millətə xidmət üçün təyin olunursunuz. Ali baş komandan hər bir çıxışında Qarabağ torpaqlarının bütövlüyü uğrunda əlilik alan veteranlara, qazilərə, canını qurban verən şəhidlərin ailələrinə hər zaman diqqətlə yanaşmalı onların priblemlərin operativ olaraq həll etməyi tapşırmasına baxmayaraq hələdə öz işlərinə laqeyid yanaşan rəhbərlərin olduğunu görürük. Uzun zaman sosial şəbəkədə diqqətimi çəkən şəhid Zülfü Qədimovun valideynlərinin yaşadığı ev qəlbimi sızladaraq izləyirdim. Tez bir zamanda onlarla görüşməyi qarşıma məqsəd qoymuşdum. O gün bu gün oldu 26.08.2018 ci il mən Qədimovlar ailəsi ilə görüşə gəldim.
Kəşfiyyatçı baş çavuş Zülfü Qədimov Rəhim oğlu Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına rəhmətə gedib. Zülfünün ailəsini ziyarətə gəldikdə bizi atası Rəhim kişi, anası Meyxanım bacı qarşıladılar gəlişimizi görən valideyinlər çox kövrəldilər, hətta Meyxanım bacı qınağla dedi ki, yüzlərlə gəlib ziyarət edənlər olmasına baxmayaraq onların dərdinə çarə edən olmayıb. Onu da bildirdi ki, sağolsunlar yazıblar çəkilişdə edən olub amma heç bir nəticəsi olmayıb.
Şəhid anasının yaşadığı mənzil izlədikdə (əgər ona mənzil demək olarsa ) ürəyimi ağrıdı çox acınacaqlı bir yaşayış mənzərəsi ilə qarşılaşmışdım. Meyxanım bacı ilə həmsöhbət olduğum zaman öyrəndim ki, Ağdam rayonu Mərzili kəndindən məcburi qaçqın köçgün düşmüş ailə bu gün Beyləqan rayon ərazisində yaşayır. Ağdam rayon RİH-in sakini olmalarına baxmayaraq bu günə kimi Ağdam rayon İcra hakimiyyəti tərəfindən şəhid ailəsi olaraq heç vaxt onlarla maraqlanmayıblar.
Şəhid Zülfü Qədimov dəfn olunduğu gün Beyləqan və Ağdam RİH- lərinin başçıları iştirak etdiblər Şəhid ailəsini ziyarət onların birinci və sonuncu gəlişləri olub.
Amma şəhidin atasının dediyinə görə Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz müəllim 3 gün neytral ərazidə qalan şəhidlərimizin geri alınması üçün 3 gün 3 gecə şəhid valideyinləri və veteranlarla birlikdə təmas xəttində olublar. Oğlanlarınən yas mərasimində də 7 gün sərasər iştirak edib. Maraqlı olan budur ki, bu şəhid ailəsi Beyləqan rayon ərazisində yaşadığı üçün Ağdam İcra hakimiyyəti başçısı tərəfindən diqqət və qayğıdan tam kənar qalıb. Bu durumu incələdikdə anlayırsan ki, Beyləqan rayon rəhbərliyi Ağdam rayon RİH-nın sakini olaraq şəhidi ailəsini məhz onlar ev ilə təmin etməli olduğlarını düşünərək şəhid ailəsini diqqətdən kənarda saxlayırlar. Bizi düşündürən bir sual ortaya çıxır nə üçün bu günə kimi Ağdam RİH-nin başçısı öz sakininə və şəhid ailəsinə biganə qalır? Və Beyləqan rayon rəhbərliyi şəhid ailəsinə nə üçün diqqət ayırmır. Axı onların ərazisində yaşayan şəhid oğulun sayəsində onlar əmin amanlıqda olaraq rahat kreslolarda əyləşirlər.
P.S. Bu gün sosial şəbəkələrdə olan minlər milyonlarla insanlar belə haqqsızlığı görərək övladlarını hərbi xidmətdən yayındırırlar. Gənlər bu diqqətsizliyi gördükdə ruhdan düşürlər. Şəhidin dostları şəhid valideyinlərin ziyarət etdikdə dostlarının ailələrinə qarşı gördükləri biganəlikdən sonra hansı ruh yüksəkliyi ilə xidmət edə bilərlər. Hörmətli məmurlar sizin şəhid ailələrinə qarşı göstərdiyiniz biganəlik bizim ordumuzda xidmət edən zabit heyyətini sarsıdır. Və sizin biganəliyinizi mən dövlətə və dövlət başçısına qarşı xəyanət kimi qiymətləndirirəm. Bir dövlətin əsgəri və zabiti əmanət qoyduğu ailəsindən, valideynindən narahat qalmadan önə irəliləməlidir. Bir əsgər bir zabitin fikri evində qalarsa, narahat olarsa o xudmətində tam sağlam ola bilməz. Sizlər isə Güclü dövlətin güclü ordusunun xidmətçilərinə qarşı haqsızlıq edirdiz. Mən buna haqsızlıqdan ötəki bir söz deyərdim xəyanət edirsiz. Xəyanət isə cəzasız qalmır.
Acınacaqlı durum bilirsiz nədir? Danışanda deyirik övladlarımız bizim gələcəyimizdir. Bu gün şəhidin qardaşı valideyinləri ilə yaşayır və iki azyaşlı uşaq yaşadığı ərazi çöllük olduğu üçün təhsildən yayınır. Balaca fidanlar bu il məktəbə gedə bilmədilər çünkü yaşadıqları yer səhralıqdır. Deyin bu körpələrin günahı nədir?
Ümidvarıq ki, əlaqədar təşkilatlar bu ailənin durumu ilə maraqlanacaq və onlara layiq olduqları şəraiti yaradacaqlar.
Bu mövzuya qayıdacağıq.

Almaz İlahə Əhmədova
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???
CANINI VƏTƏN YOLUNDA QURBAN VERƏN ŞƏHİDİN VALİDEYİNLƏRİ BELƏMİ YAŞAMALIDIR???

Oxunub: 1 155
Oxşar xəbərlər
SON XƏBƏRLƏR