Hal-hazırda Beyləqan rayonunda Məmmədovlar ailəsindəyik. Qazax rayonu N saylı hərbi hissədə ön cəbhədə düşmənlə bilavəsitə təmas xəttində olan 26.07.2018 tarixdə şəhid olan sinuncu şəhidimiz Arif Məmmədovun ailəsində ziyarətdəyik. Bu gün Arifin şəhid olmasının bir ayının tamamıdır. Anası Sədaqət xanımla görüşümüz zamanı ürəyimiz parçalandı. Qapını açarkən bizi ilk qarşılayan şəhidimizin atası Mikayıl Məmmədov oldu. Söhbətimiz əsnasında Məmmədovlar ailəsindən rayon RİH-nın rəhbərliyi və rayon ictimayyətinin iştirak etdiyini bildirdi. Şəhidimizin ailəsini ziyarətə şəhidimiz Tural Əhlimanlının anası Nəzakət xanım və atası Yaşar Əhlimanlıda getdilər.
Onuda qeyd edək ki, 4.09.2018-ci il tarixində şəhidimizin 40 mərasimi keçiriləcək.
Şəhid ailələrinin bir-birinə nə qədər dəstəy olmasının canlı şahidi oldum.
Allah şəhidlərimizə rəhmət etsin.
Almaz İlahə
Oxunub: 956