dini radikalizm və ekstremizmlə mübarizə

25 Avqust - Qarabağ müharibəsi iştirakçısı, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliş şəhid kəşfiyyatçımız Ramazan Quliyev, Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 2 gün sonra hospitalda dünyasını dəyişmişdir!

25 Avqust - Qarabağ müharibəsi iştirakçısı, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliş şəhid kəşfiyyatçımız Ramazan Quliyev, Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 2 gün sonra hospitalda dünyasını dəyişmişdir!
Ramazan Dünyamalı oğlu Quliyev 09 mart 1961 - ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.
1967 - 1978 - ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur.
Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb.
1981 - 1983 - cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur.
9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır.
1992 - ci ildə Zəngilan RHK - dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865 - ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur.
1992 - ci ilin iyn ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir.
23 avqust 1993 - cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993 - cü ildə 32 yaşında Mərcanlı hospitalında vəfat etmişdir. Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Ramazan Quliyevin ölümündən 10 gün sonra yoldaşı Göyərçinin Nişanə adlı qızı anadan olmuşdur.
Baş çavuş Ramazan Dünyamalı oğlu Quliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994 - cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 1 006
Oxşar xəbərlər
SON XƏBƏRLƏR