dini radikalizm və ekstremizmlə mübarizə

25 Avqust Azərbaycan Respublikasının "Şöhrət" və "Şöhrət" ordenləri ilə təltif edilmiş Fikrət Qocanın doğum günüdür!

25 Avqust  Azərbaycan Respublikasının "Şöhrət" və "Şöhrət" ordenləri ilə təltif edilmiş Fikrət Qocanın doğum günüdür!
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) 25 avqust 1935 - ci ildə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964 - cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
Əsərləri 1956 - cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987 - ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şerlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya - Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990 - cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. 1990 - cu ildə "Ölüm ayrılıq deyil", 2000 - ci ildə "Hələlik, – qiyamətədək" povestlərində 1990 - cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
. Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.- ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
. Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).
. Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968 - cı ildə Azərbaycan komsomolu mükafatına, 30 iyul 1979 - cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1998 - ci ildə Azərbaycanın Xalq şairi,1990 - cı illər yaradıcılığına görə isə "Humay" mükafatın layiq görülmüşdür. 26 iyun 1995 - ci ildə Azərbaycan Respublikasının "Şöhrət" və 02 sentyabr 2015 - ci ildə "Şöhrət" ordenləri ilə təltif olunmuş, 2016 - cı ildə isə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatına layiq görülmüşdür.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 782
Oxşar xəbərlər
SON XƏBƏRLƏR