dini radikalizm və ekstremizmlə mübarizə

"Quran oxumaqla donuz darıdan çıxan deyil!"

"Quran oxumaqla donuz darıdan çıxan deyil!"

Dəyərli dostlar, avqustun 23-ü 25 ildi düşmən tapdağında inləyən Füzuli və Cəbrayıl rayonlarının şəhidlərini anma günüdür.Burdakı fotolara diqqətlə baxsaz, tarixi əhəmiyyətə malik Xudafərin körpüsünü, habelə, düşmənin Silahlı Qüvvələri tərəfindən dağıdılmış Füzuli rayon mərkəzindəki Universamın qalıqlarını görə bilərsiz.Digər görüntüdə isə Ermənistana məxsus hərbi hissənin Cəbrayıl rayonu ərazisində yerləşdiyi, işğalçı ölkənin din xadimlərinin erməni zabit, gizir və əsgərləri qarşısında ayin həyata keçirdikləri görünür.
Belə bir deyim var: "Quran oxumaqla donuz darıdan çıxan deyil!"Hamımız qəzəbliyik-həm günahsız tökülən qanlara, həm də dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməməsinə görə.Təbii ki, II Qarabağ müharibəsi mütləq baş verəcək.Müharibənin tarixi qələbəmizlə başa çatması üçün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi qorumaq, məmur özbaşınalığının və monopoliyanın qarşısını almaq lazımdır.Azərbaycan xalqı həm vətənpərvər xalqdır, həm də xeyirxah.Bu xalqın dövlətə və dövlətçiliyə olan inamını qırmayın!
Qəlbində Allaha inamı olan məmur və ya dövlət qulluqçusu, işğal edilən torpaqları sənin oğlun, mənim qardaşım, xalam oğlu, dayım oğlu, mən-bütövlükdə Azərbaycan xalqı azad edəcək.İmkan verin, camaat övladını dolandırsın, imkan verin, camaat bir-birinə əl tutsun!
Bu ağır gündə cəmi şəhidlərimizin ruhlarının şad olması diləyilə:

Shamil Sabiroğlu,
"Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.

"Quran oxumaqla donuz darıdan çıxan deyil!"
"Quran oxumaqla donuz darıdan çıxan deyil!"
"Quran oxumaqla donuz darıdan çıxan deyil!"
"Quran oxumaqla donuz darıdan çıxan deyil!"
"Quran oxumaqla donuz darıdan çıxan deyil!"

Oxunub: 1 313
Oxşar xəbərlər
SON XƏBƏRLƏR