dini radikalizm və ekstremizmlə mübarizə

"Könül yarası" ARB də

"Könül yarası" ARB də



2001-ci ildən fəaliyyət göstərən Media Master şirkəti öz yenilikləri ilə tamaşaçılarını sevindirməkdə davam edir . İlk öncə qeyd edək ki, şirkət bu illər ərzində “Sənə inanıram”, “İkinci bahar”, “Məryəm”, “Tufanlı səma”, “Sarı gəlin”, “Ögey ana, “Sənin deyil” kimi serialları, “Sadəcə sev” filmini ekranlaşdırıb. Şirkət tərəfindən hal-hazırda ARB telekanalında “Könül yarası” serialı və ATV telekanalında yayımlanacaq “Təhminə və Zaur” serialları çəkilir.
Məhz elə adı çəkilən seriallardan biri sentyabr ayından ARB kanalında həftə içi 5 gün ,,Könül yarası,, serialı efirə gedəcək. Mediamasterin məhsulu olan bu serialın quruluşçu rejissoru istedadlı gənc Qulu Əsgərovdu. Ssenarist qrupu başda Nicat Dadaşov olmaqla Pərviz Seyidli, Flora Hüseynova və Sara Bayramovadı. Rollarda Abbas Qəhrəmanov, İbrahim Çingiz, Fidan Axundova, flora Hüseynova,Ziya Ağa, nəzakət Məmmədli bə başqaları iştirak edir. Düşünürəm ki tamaşaçılara maraqlı bir serial təqdim edəcəyik.


Flora Hüseynova

Oxunub: 1 713
Oxşar xəbərlər
SON XƏBƏRLƏR