dini radikalizm və ekstremizmlə mübarizə

XİDMƏTİ İLƏ HƏR ZAMAN ƏSGƏR OLAN ELXAN QARAXANOĞLU

XİDMƏTİ İLƏ HƏR ZAMAN ƏSGƏR OLAN ELXAN QARAXANOĞLU

Hər bir insanın talehi Allahın əmri ilə yazılır. Hər kəs ona yazılan ömürü yaşayır, baxır kim necə yaşayır. Bəzən tanıdığın birinin istedadı səni valeh edir, düşünürsən Allah bu insandan lütfün əsirgəməyib kiminə səs, kiminə əl qabiliyyəti, kiminə fitri istedad verib... Tanrının lütfünü bəxş etdiyi bir sənətkar tanıyıram.Onu tək mən deyil çoxları tanıyır, hər zaman füsünkar səsiylə bizi valeh edən bu istedadlı gənci dinləyərkən düşünməmək olmur.
İstənilən janrda məharətlə ifa etdiyi mahnıları əbədiləşdirir.
İlk kəs onu dinləyərkən səsinin hansı məşhur sənətkarın səsinə bənzətdiyimi düşündüyümü görən dostlarımdan biri soruşdu nə olub Almaz xanım? Mən sorulan suala cavab vermək əvəzinə əlimi dodaqlarıma yaxınlaşdıraraq sus işarəsini göstərdim. Mənim diqqətlə dinlədiyimi görən dostlarımdan biri təkrar dedi:- nə oldu deyəsən ifaçının səsinin sehrinə düşdünüz. Mən özümdən asılı olmayaraq birdən dedim, necədə Rəşid Behbutovun səsinə bənzəyir. Beləcə o gündən o insanın repertuarını izləməyə və dinləməyə başladım. Hətta təşkil etdiyim xeyriyyə tədbirlərinə belə dəvət etdim. Beləcə qaynayıb qarışdıq.Onu tanıdıqca insanı xüsusiyyətlərin aşkarladım. Onu tanıdıqca nə qədər zəngin bir insan olduğunu ixtira etdim. Sözünə düz, əqidəsi saf, təmiz, dostluqda sədaqətli.
Gözəl övlad, nümunəvi həyat yoldaşı, məsuliyyətli ata, pis günün dostu və s...
Mən Elxan Qaraxanoğlunu belə tanıdım, ən yüksək insani xüsusiyyətləri özündə cəm edən Azərbaycan kişisi.
Amma çox təssüf ki, nə səsi nə səhnə mədəniyyəti olmayanlar bu gün müxtəlif yollarla, müxtəlif adlara sahib olurlar.
Amma xalqın sevimlisi olmağı Allah hər sənətkara nəsib etmir. Elxan Qaraxanoğlu xalqın sevimlisidir o, könüllü əsgərdir. Bəlkə də oxucularım deyəcək Almaz xanım Elxan Qaraxanoğlunu kiminləsə səf salır, axı Elxan Qaraxanoğlu müğənnidir.
Əziz oxucularım hər bir Vətəninə, dövlətinə, millətinə, xalqına sadiq olan kəs öz çalışdığı sahədə əsgərdir.
Elxan Qaraxanoğlu da mədəniyyət və incəsənət sahəsində əsgərdir. O, bu gün Qocalar evində, Fiziki qüsurlu olan bacı qardaşlarımızın, atılmış kimsəsiz övladlarımızın, Vətəni qoruyan əsgərlərimizin, zabitlərimizin qarşısında etdiyi çıxışları ilə əsgər deyilmi?
O, bu Vətənə xidmət edirsə, bu Vətənin övladlarına təmənna ummadan gecəsini gündüzünə qataraq xidmət edirsə o, azərbaycan əsgəri deyilmi?
Məncə oxucularım mənim fikrimlə razılaşacaqlar. Və Elxan Qaraxanoğlunun insanı keyfiyyətlərini bildikcə onu daha da çox sevəcəklər.
P.S. Bu gün Elxan Qaraxanoğlunun yaşının üstünə bir yaşda gəldi. Onun üçün sevincli bir gündə mən də Djb.az kollektivi adından onu təbrik edir, qardaşımıza can sağlığı, sağlam uzun ömür, ailə xoşbəxtliyi arzulayırıq.
Elxan Qaraxanoğlu Xalq artisti adına əməlləri ilə layiqdir. Arzum isə gələn ad günündə Xalq artisti adına layiq görüləməsidir. Əlaqədar təşkilatların rəhbərləri tərəfindən Elxan Qaraxanoğlu kimi bir sənətkarı dəyərləndirməmək isə biganəlikdir. Əsrimizin bəlası olan biganəlik və laqeyidlik çox istedadları diqqətdən kənar qoydu, kimi qocaldı, kimi ölümündən sonra xatırlandı. Bax beləcə laqeyidliyimiz bizi qurd aöacı içindən yeyən kimi yedi. Gəlin bir-birimizə qarşı laqeyid olmayaq. Bacardığımızı bir-birimizə zamanında təmənna ummadan edək. Sabah gec olarsa özümüzü qınayarıq. Bu hər kəsə aiddir. Həm işdə, verilən tapşırığı yerinə yetirərkən vəzifə səlahiyyətlərindən istifadə etməyək, edəriksə belə yaxşılığa doğru edək. Sevdiklərimizi qayğımızla saraq. İnsanlığı insanlara insanlıq edərək sevdirək.

Almaz İlahə Əhmədova

Oxunub: 1 164
Oxşar xəbərlər
SON XƏBƏRLƏR