dini radikalizm və ekstremizmlə mübarizə

Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO

Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO

İşğal altındakı torpaqlarımız azad edildikdən sonra Şuşanın mərkəzi meydanı olan “Meydan bulağı” ərazisinin bərpasında 1962-ci ildə çəkilmiş və bugünədək heç yerdə nümayiş etdirilməyən unikal rəsmdən istifadə ediləcək.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikasının əməkdar memarı, Rəssamlıq Akademiyasının professoru, Bakı şəhərinin baş planının müəlliflərindən biri Feyzulla Quliyev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdakı şəhər və rayonların baş planı var və bu torpaqlar azad edildikdən sonra həmin plan tətbiq olunacaq.

“Misal üçün, mənim əlimdə Xocalının baş planı var. İnfrastruktur, tarixi abidə və sairlərin detallı bərpası... Ümumiyyətlə, torpaqlar işğaldan azad edildikdən sonra həmin rayonlarda mütəxəssis qrupları çalışacaq ki, onlar da baş planda dəyişiklik edəcəklər”, - arxitektor bildirib.
Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO
O əlavə edib ki, tarixi abidələrin bərpası işində arxitektorlara dəqiq eskizlər lazım olacaq.

“Misal üçün, “Meydan bulağı”nın şəkli 1962-ci ildə azərbaycanlı rəssam İsa İbrahimov tərəfindən çəkilib. Hazırda həmin ərazi vəhşicəsinə dağıdılıb və çox təəssüf ki, bu ərazi ilə bağlı keyfiyyətli şəkil yoxdur.

Rəssamın Şuşanın mərkəzini detallı göstərdiyi rəsmlə “Meydan bulağı”nı bərpa etmək mümkün olacaq”, - Quliyev qeyd edib.

Oxu.Az bu rəsmi İsa İbrahimovun oğlunun evindən tapmağa nail olub.
Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO
Unikal rəsm Şuşanın mərkəzinin bərpasında yardımçı olacaq - FOTO

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR