dini radikalizm və ekstremizmlə mübarizə

SİZLƏRİN QARŞISINDA BAŞIMIZI DİK TUTMAĞA HAQQIMIZ YOXDUR ŞƏHİDİM

SİZLƏRİN QARŞISINDA BAŞIMIZI DİK TUTMAĞA HAQQIMIZ YOXDUR ŞƏHİDİM
Mənim aslanlarım düşmən sizlərin adın eşidərkən geri baxmadan qaçdılar. Onlara cəhənəmi yaşatmağı hər zaman bacardınız.
Siz hər biriniz bir ananın quzusu idiniz.Sizlər sevgi ilə böyüdünüz. Amma Vətənimizə qarşı olan haqqsızlığ sizləri dəyişdi. Onların cəhənnəmlərinə imza atmanızı isə düşmən istədi. Ali baş komandanımız söylədiyi kimi. " Düşmən əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarına gəlməsin." Erməni vandalları Anadan irəlidə olan Torpağımıza, Vətənimizə addım atdılar məhz bunun üçün öldürməyə qərar verdiniz və ŞƏHİD oldunuz.
İndi mən ruhun şad olsun Elimdarım necə söyləyim?
Səni nə deyib təbrik edim?
TORPAQLARIMIZ işğaldan azad oldu ŞƏHİDİM rahat uyu necə söyləyim? Hələ ki, qarşınızda xəcalətliyik nə qədər ki, o torpaqlarımız düşmən tapdağı altında inləyəcəksə bizlərin sizin məzarınızın qarşısında dik durmağa haqqımız yoxdur!
Nə qədər ki, əsirlikdə ana bacılarımız , atalarımız, qardaşlarımız var bizlərin MƏNƏM, MƏNƏM deməyə haqqımız yoxdur !
Nə qədər ki, üç rəngli bayrağımız Azərbaycanın hər bir qarış torpağında ucalmaybsa bizim danışmağa haqqımız yoxdur!
Nə qədər ki, sizlərin qanı alınmayıbsa, bizlərin nə susmağa nə də rahat uyumağa haqqımız yoxdur!
Amma o gün gələcəyinə əminəm!
Baxmayaraq ki, əsli-nəsli Şuşadan olan övladlar çadırda doğulub Şuşanı filimlərdən izləyir.
Baxmayaraq ki, Qarabağ dedikdə sinəsi yanan atalar, analar vətən həsrətiylə dünyaların dəyişərkən həsrətdən gözləri açıq gedir. Baxmayaraq ki,evin tək oğlu cəbhə bölgəsinə göndərilərək düşmən gülləsinə tuş gələndə soyu kəsilir, nəsili itir. Bizlər isə Vətən sağolsun deyirik!
Baxmayaraq ki, üç rəngli bayrağa bükülərək nəşiniz analarınıza gətirilirsiniz, amma bəzi ermənipərəst məmurlar şəkillərinizdən təskinlik alan anaya o 3 rəngli bayrağı çox görərək onu ordan müxtəlif bəhanələrlə çıxarırlar. Bəli, uğurunda öldüyünüz bayrağı sizə çox görürlər!
Bəli ŞƏHİDİM haqqsızlıqlar çoxdur. Bəzi məmurlar Azərbaycanımda at oynadır. Bəzi şərəfsizlər şərəfdən danışır. Bəzi soyu bilinməyənlər müxtəlif radikal qrupların əli ilə ölkəmizdə çaxnaşma salmağa çalışır ŞƏHİDİM.
Dərdimiz böyükdür ŞƏHİDİM. Qurd ağacı içindən yeyir deyir atalarımız. Bizi içimizdən yeyən qurdlarla mübarizə aparmağda ruhlarınız kəmək olsun. Mən QURD dedim birdən o qurdla qeyrətli qurdu səf salarsınız. Mənim dediyim kiçik həşəratdır. Sürünərək içimizə keçirlər zəif, köməksiz görünərək yavaş-yavaş talayaraq parçalayırlar bizi.
Bizləri ayaqlarımız üzərində durmağa güc verən sizlərsiniz. Analarınız, doğmalarınız sizləri yaşatmaq üçün ağıla gəlməyən layihələr düşünürlər. Mübariz, qəhrəman analarınız sizləri yaşatmaq üçün yaşayırlar. Yaşayırlar ki, sizləri yaşatsınlar. İnanıram ki, bir gün ruhunuz şad olsun ŞƏHİDLƏRİM demək nəsibimiz olacaq.
Hər birinizin qarşısında baş əyirəm. Bir gün məzarınızın qarşısında baş əysəm belə baxışlarımı üzünüzə dikməyə cəsarətim çatacaq günü gözləyirəm.

Almaz İlahə
Təsisçi

SİZLƏRİN QARŞISINDA BAŞIMIZI DİK TUTMAĞA HAQQIMIZ YOXDUR ŞƏHİDİM
SİZLƏRİN QARŞISINDA BAŞIMIZI DİK TUTMAĞA HAQQIMIZ YOXDUR ŞƏHİDİM

Oxunub: 943
Oxşar xəbərlər
SON XƏBƏRLƏR