dini radikalizm və ekstremizmlə mübarizə

Biz Qarabağa nəyin bahasına olursa-olsun mütləq qayıdacağıq

Biz Qarabağa nəyin bahasına olursa-olsun mütləq qayıdacağıq
Bunun alternativi yoxdur və ola da bilməz! Kimsə başqa variantı heç ağılının ucundan da keçirməsin!

Bütün torpaqlar olduğu yerdə qalır, dəyişən isə sadəcə onun üzərində məskunlaşan insanlar və onların qurub yaratdıqlarıdır. Vaxtilə babalarımızın Ağdam adlandırdıqları ərazi də öz yerindədir, amma 25 ildir biz orada yoxuq və ola bilmirik.

Əslində şan-şöhrətli, dəliqanlı Ağdam da artıq yoxdur orada. O yerdə nəhəng bir xarabalıq var və 25 ildir xəcalət hissi ilə uzaqdan o xarabalıqlara baxırıq.
Özümüzə yalandan təsəlli verməyək, heç birdə öncəki Ağdam da olmayacaq. Nə o küçələr, evlər, ağaclar, nə də o insanlar olacaq. Vahid Qazi qardaşımız demişkən, Ağdam əbədi “Ruhlar Şəhəri”dir.
Bu şəhərin düşmən əlinə keçməməsi üçün döyüşən igidlərin çoxu da artıq bu dünyada yoxdur. Onlar da “Ruhlar Şəhəri”nin görünməyən bir parçasıdır.
Bir tarixi dönəm çox ağır faciə ilə belə sona çatır. Bizə bu dağı çəkənləri, onların havadarlarını, qorxaqları, yaltaqları, tamahkarları, xəyanətkarları, eyni zamanda da igidləri çox yaxşı tanıyırıq!

Birdən “dəli” kimi kükrəmək, hayqırmaq istəyirəm. Özünü tanıyan bütün kişiləri haraylayıb “dəli” bir addım atmaq keçir könlümdən...
Yox, bu “dəli” addımı atmayacağıq. Biz bir dəfə bu “dəli”liyimizin bədəlini çox ağır ödədik. Çox fürsətçillər, fırıldaqçılar bu “dəli”liyimizdən yararlandı, qazandı. Yeni dönəmin başlanması ərəfəsindəyik. İndi artıq ağıllı addımların atılması zamanıdır. Biz, Allahın yardımı ilə bu addımı atacaq və bu ləkəni üzərimizdən mütləq təmizləyəcəyik!

Nəsimi Məmmədli
Ekspert

Oxunub: 762
Oxşar xəbərlər
SON XƏBƏRLƏR