dini radikalizm və ekstremizmlə mübarizə

"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib

"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bu münasibət ilə əlaqədar olaraq Qafqaz Media İctimai Birliyi və rəhbərliyi Azadə Abbas Azərbaycanın hüdudlarından kənarda, eləcə də qardaş ölkə Türkiyə Cümhuriyyətinin Paytaxtı Ankara şəhərində olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etdikdən sonra Dünya Söz Akademiyası Dərnəyi (DÜSA-nın) sədri, Azərbaycan Kütləvi İnformasiyaları Vasitələri Həmkarlar İttifaqının üzvü, 'Union International de la Marionette-Milletler Arası Kukla Birliği' olan UNIMA-nın sədri Hayrettin İvgin, Ankara İncəsənət Platformu (ASEP-in) təsisçisi və sədri Sultan Özateş, Şair- Yazar Nərmin xanım ve "Qafqaz Media"ictimai birliyi Ankara nümayəndəsi Ülkər Piriyeva ve bir çox ictimaiyyet nümayəndələri ilə 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirib, fikir mübadiləsi aparıblar.
Dəyirmi masadan sonra, "Qafqaz Media"ictimai birliyinin rəhbəri Azadə Abbas Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təsis etdiyi ‘’Nizami Gencevi’’ adına mükafatla DÜSA və UNİMA-nın sədri Hayrettin İvgin, ASEP-in sədri Sultan Özateş və "Qafqaz Media"ictimai birliyi Ankara nümayəndəsi Ülkər Piriyevanı təltif ətmişdir.
Sonda, "Qafqaz Media"ictimai birliyinin rəhbəri Azadə Abbas və Düsa sədri Hayrettin İvgin Azərbaycan Xalq Cümhuriyyətinin məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin ən bariz nümunəsi kimi meydana çıxdığını nəzərə çatdırıblar.
Hal-hazırda, Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsi dövründə məhz, Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı olduğunu eyni zamanda, müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması Azərbaycan xalqının hamisi və qarantı İlham Əliyev siyasətinin gücü və ali məqsədi olduğunu qeyd ediblər.

"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib
"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib
"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib
"Qafqaz Media"ictimai birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə silsilə tədbirlər keçirib


Ülkər Piriyeva
"Qafqaz Media"ictimai birliyi Ankara nümayəndəsi

Oxunub: 2 402
Oxşar xəbərlər
SON XƏBƏRLƏR