dini radikalizm və ekstremizmlə mübarizə

YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb

YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Bakıda səfərdə olan Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

YAP-ın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı Ə.Əhmədov bu səfərin ölkələr və xalqlar arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilabı Partiyası iqtidar partiyalarıdır və hər iki siyasi təşkilat əlaqələrin inkişafında maraqlıdır.

Azərbaycan dövlətinin xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin vacib yer tutduğunu deyən Əli Əhmədov hələ sovetlər birliyi dövründə Laos vətəndaşları olan gənclərin Azərbaycanda ali təhsil aldıqlarını xatırladıb.

YAP Sədrinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb və YAP ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın bütövlükdə ölkələrimiz arasında münasbətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.

Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən qonaq ölkəmizin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb. O, Laos Xalq İnqilabı Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatıdırıb.

Görüşdə qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu YAP tərəfindən İcra katibinin müavini Siyavuş Novruzov və Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak imzalayıblar.

YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb
YAP-la Laos Xalq İnqilabı Partiyası arasında memorandum imzalanıb

Oxunub: 655
Oxşar xəbərlər
SON XƏBƏRLƏR