Mayın 20-də Naxçıvan Muxtar Respublikasından üzücü xəbər aldıq.Bölgədəki hərbi hissələrdən birinin əsgəri Tatarov Adil Əli oğlu şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən olan əsgər A.Tatarov 4 bacının 1 qardaşı olub.
Şəhidin ruhu qarşısında baş əyirik. Əminik ki, əsgər A.Tatarovun ön xətdə xidmət etməsini tapşıranlar cinayət məsuliyyətinə cəlb ediləcək. Dostlar, Siz deyin, Azərbaycan kimi bir ölkədə ildə 4 dəfə həqiqi hərbi xidmətə çağırış aparılması kimə və nəyə görə lazımdır. Sonda isə, unudulmaz Mirvarid Dilbazinin yana-yana söylədiyi şeirdən 2 misranı nəzərinizə çatdırıram.
"Rəhmət Sizə ey Şəhidlər,
Eyy Qarabağ fitnəsinin qurbanları..."
Bütün şəhidlərimizin ruhları şad olsun.Amin.
Hörmətlə,
Şamil Sabiroğlu,
Qarabağ qazisi.