dini radikalizm və ekstremizmlə mübarizə

Tariximizi canlandır, 3000 AZN mükafat qazan

Tariximizi canlandır, 3000 AZN mükafat qazan
Azərbaycan Demokratik Respublikasının 100 illiyi və “Rabitəbank”ın 25 illiyi münasibətilə “Azərbaycan tarixi” mövzusunda dizaynerlər arasında müsabiqə elan edilir.

May ayının 28-dək davam edəcək müsabiqəyə qatılmaq üçün bütün həvəskar və peşəkar dizaynerlər ölkəmizin tarixini əks etdirəcək dizaynda plastik kart hazırlayaraq təqdim edə bilərlər.

“MasterCard” Azərbaycanın dəstəyilə ərsəyə gəlmiş müsabiqədə mükafat fondu 3000 AZN təşkil edir. Qaliblər “Like”, “Pro” və “Master” nominasiyaları üzrə “Facebook” istifaçiləri və peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.

Münsiflər heyəti qismində JİS Reklam agentliyinin rəhbəri Ceyhun İmanov, məhşur fotoqraf, “My Azerbaijan” layihəsinin təsisçisi Orxan Aslanov və “Rabitəbank”ın Marketinq departamentin direktoru Elmir Əliyev çıxış edəcək. Qalib gələcək dizaynlar üzrə gələcəkdə kart emissiyası da planlaşdırılır.

Müsabiqənin şərtləri haqqında daha ətraflı məlumat əldə etmək və qoşulmaq üçün https://www.myrabitacard.com/ saytına daxil ola bilərsiniz.

25 illik bank tarixinə sahib “Rabitəbank” ölkənin ən iri banklarından biri kimi 22 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 60-dək ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.

Oxunub: 799
Oxşar xəbərlər
SON XƏBƏRLƏR