dini radikalizm və ekstremizmlə mübarizə

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib

KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

KİVDF-dən APA-ya verilən məlumata görə, 19 istiqamət üzrə elan edilən müsabiqədə müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazıların qəbulu mayın 4-də başlayır, iyulun 12-də başa çatır. Yazılar 10 ballıq sistem üzrə qiymətləndiriləcək, maksimum 50 bal müəyyən olunacaq. 30-dan aşağı bal toplamış yazı müəllifləri mükafatçılar siyahısına düşmür. Müsabiqədə hər istiqamət üzrə 6 qalib müəyyən ediləcək. Birinci yer üçün bir nəfərə 500 manat, ikinci yer üçün iki nəfərə 400 manat, üçüncü yer üçün 3 nəfərə 300 manat mükafat veriləcək.

Oxunub: 576
Oxşar xəbərlər
SON XƏBƏRLƏR