dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR

ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR
Kimliyindən və vəzifəsindən asılı olmayaraq kimin, kim olduğu aprel ayında bir daha ortaya çıxdı. Cənub bölgəsinə səfərim zamanı işimlə bağlı heç bir icra hakimiyyətindən qeydiyyatdan keçmədim. Çünkü məni rayonda görülən işlər maraqlandırmrdı. Bilirik ki, hər zaman ki, kimi mərkəz küçələrdə işıq olacaq, amma ucqar kəndlər şami qəriban olacaq. Mərkəz küçələrdə asfalt öptüyü görərkən, rayonun belə müxtəlif küçələri palçığ içində olacaq. Müəssisələrin, təşkilatların işi ilə maraqlanmaq istəsən, jurnslistlərdən elə şikayətə başlayacaqlar ki, hansı iş üçün gəldiyini unudub geri dönmək üçün kobinetdən başını götürüb qaçacaqsan. Amma düşünməyiblər ki, mənim kimi yalnız şəhid analarını görməklə rayonu bütün abu havası ilə maraqlanan, müxtəlif saatlarda küçələri gəzərək insanlarla söhbət edən, onların problemləri ilə maraqlanan heç bir məmurdan təmənna ummayan Azərbaycanını sevən, dövlətinə və dövlət başçısına informasiyanı düzgün çatdırmağa çalışan vicdanı qarşısında utanmayan peşə sahibləridə var.

Şəhid Nurlan Əsgərlinin
anası göz yaşları içərisində boğularaq bu sözləri söylədi. Almaz xanım mən demirəm mənim övladım ölübsə ( şəhidlər ölmür ana) rayonda bayram əhval ruhiyyəsi olmasın, konsert keçirilməsin. Axı 5 aprel əlamətdar bir bayram günü deyildi, 2016- ci il aprel ayı hər gün şəhid gəldi, baxmayaraq ki, bir neçə gün göyüş olmuşdu axı ağır yaralı olan əsgərlərimiz var idi. Mən nə qədər dərdli olsamda xatırlayıram 12 gün ərzində hər gün müxtəlif rayon və şəhərlərə şəhid gətirilirdi. Məhz 5 aprel müğənni Damlanın konsertinin keçirilməsi nə qədər önəmli idi? Masallı rayonunda "Aprel şəhidləri"nin ikinci il dönüm günləri ərəfəsində belə canfəşanlıqla konsert keçirməkdə məqsəd nə idi görəsən?
Axı bizim prezidentimiz cənab İlham Əliyev, xanımı Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğını görmürsünüzmü? Sizlərin atdığı bu diqqətsiz addım onların gördüyü işlərə kölgə salmaq deyilmi?
Cənab prezident dəfələrlə çıxışlarında söyləyir: Şəhid ailələrinə diqqətlə yanaşın.
Mehriban xanım aprel döyüşlərində şəhid olan övladların analarının qarşısında çıxış edərkən deyir. Mən sizlərin qarşısında baş əyirəm, hər zaman da şəhid analarının qarşısında baş əyəcəm.
İndi deyin bu dövlətə başçılıq edən prezident və xanımı baş əydiyi şəhid anasının qarşısında niyə bəzi icra başçıları at oynadır?
Aprel şəhidinin ikinci il dönüm günü bir nəfər olsun rayon təşkilat rəhbərlərindən şəhid ailəsinə baş çəkməyib. Şəhidin təhsil aldığı məktəbdə tədbir keçirtməli idi. TV kanallarının iştirakı ilə vətənpərvərliyi təbliğ edilməsini hər kəsə nümsyiş etdirməyiniz daha məqsədyönlü deyildimi? Rayonda toy bayram əhval ruhiyyəsi yaratmaqda məqsəd nə id ? Bayram əhval ruhiyyəsin 6 da keçirmək olardı, məhz 5-i aprel bunu etmək tək bir şəhid ailəsinə deyil rayon ictimayyətinə hörmətsizlikdir. Düşünməyin ki, sizin əmrinizə hər kəs tabe oldu, rayon meəsssisə və təşkilat rəhbərlərinin hər biri konsertdə iştirak edə bilər. Rayonun İcra başçısı olduğunuz üçün əmrinizi yerinə yetirmiş olada bilərlər.Amma əminliklə deyə bilərəm ki, sizin bu addımınız onların bir çoxlarının qəlbini sızlatsada sizə deyə bilməyiblər.
Cənab başçı! Şəhid valideyninə sizlərdən heç nə lazım deyil, onlara vaxt ayıraraq bir stəkan çayların içib 5 dəqiqə dəyərli vaxtınızı ayırıb dərdlərinə şərik olmağınız gərək idi. O igid Nurlanımız sizlərin, bizlərin rahat yatması üçün qara torpaqda uyuyur. Masallıda olarkən bir şəhid ailəsində də olduq şəhidin qardaşı ilə söhbət edərkən 5 aprel konsertin keçirilməsin söylədikdə başın aşağı dikərək ah çəkdi. Onunda ürəyi dolu idi nə baş verdiyini soruşduqda ilk öncə fikrə getdi. Bəlkə də düşündü deyim necə deyim, deməyim necə deməyim. Desəm öldürərlər, deməsəm ölləm.
Onu bu durumdan xilas etmək üçün, üzümü müəllimə tutub dedim: Bilirəm dövlət işində çalışırsız işinizə xələl gələcəyindən qorcursunuz bəlkə də amma,narahat olmayın bu dövlətdə şah qanundur, deyin nə baş verib. Bu dövlətin rəhbəri heç bir şəhid ailəsinə qarşı haqqsızlığa göz yummayıb, yummayacağınada əminəm. O, bir xeyli fikrə gedib dedi: Atam başçının qəbulunda olarkən başçı atama deyib: Öğlunun dəfnində qapına gör nə qədər insan gətirdim daha nə istəyirsən.
Bu cümlə atama çox pis təsir edib, kişi özündə deyil. Kimin ölüsü yerdə qalır ki.
Baxın... Mənim şəhidim yerdəmi qalacaqdı, o dəfn etmək üçün gələn insanların arasında olan səlahiyyətli şəxs sizdə bizlərdən biri deyilmisiniz ??? Bu gün vəzifədən azad olunsanız siz də sıravi insanlardan biri olmayacaqsınız? Şəhidimi qarşılamağa saysız-hesabsız vətən övladları bayraqlarla küçələrdə şəhidini gözləmədimi? Bu cümlə şəhid atasına deyilərmi?
Hələ də gec deyil bir insan səhvin başa düşərsə o bəndə və Allah da qarşısında bağışlanar. Amma bilmirəm cənab prezidentimiz sizin kimi daş ürəkli, şəhid ailəsinə biganə yanaşan, dərdlərinin üstünə həm sözü ilə, həm hərəkəti ilə dağ qoyan başçıları bağışlayacaq ya yox?

ALMAZ İLAHƏ
təsisçi

ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR
ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR
ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR
ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR
ŞƏHİD AİLƏLƏRİNƏ DİQQƏTSİZLİK GÖSTƏRƏN İCRA BAŞÇILARI MÖHTƏRƏM PREZİDENTƏ XƏYANƏT ETMİŞ SAYILIR

Oxunub: 806
Oxşar xəbərlər
SON XƏBƏRLƏR