dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 98 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 98 il ötür


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 98 il ötür.

Xezerxeber.az-ın məlumatına görə, 1918-ci ilin mayında qurulan və müsəlman şərqində ilk demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprel ayının 28-də işğal olunub, bolşeviklərin istilasına məruz qalıb.

Tarixçi alim Musa Qasımlı deyir ki, Cümhuriyyətin mövcud olduğu 23 ayda onu daim yıxmağa cəhdlər edilsə də, xalqımız hər zaman öz dövlətinin yanında olub. Bolşevik işğalı müstəqilliyimizə son qoysa da, azadlıq ideyası həm ölkə daxilində, həm də xaricdə siyasi mühacirlərin nəşrlərində yaşayıb.

Alimin sözlərinə görə, 23 ayda Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb siyasi şəraitdə varlığını qorumağa çalışıb, amma bunun üçün beynəlxalq şərait əlverişli olmayıb.

Buna baxmayaraq, düz 71 il sonra millətimiz Cümhuriyyəti bərpa etməyə nail olub, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müasir Azərbaycan Respublikası qurulub.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il ötür.

Prezident İlham Əliyev 100 illiyin təntənəli şəkildə qeyd olunması üçün sərəncam imzalayıb və 2018-ci ili "Cümhuriyyət ili" elan edib.

Oxunub: 711
Oxşar xəbərlər
SON XƏBƏRLƏR