Unudulmaz Xalq şairi Səməd Vurğun demişdir:-"Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən..."
Dəyərli dostlar,biz,Azərbaycan vətəndaşı olaraq fərdi qaydada və hamılıqla evimizin,ailəmizin qədrini bilirik. Yaxşı olar ki,doğma Yurdumuzun və iş yerimizin də qədrin bilək.
"Qafqaz-media" ictimai birliyinin sədri Haci Azadə Taleh - Abbasqızı Respublikamızın rifahı naminə gərgin zəhmət çəkən insanlardandır.Bu Təşkilatın xəttilə daim milli vətənpərvərlik ruhunda tədbirlər keçirilir.
Aprelin 3-də Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Respublika Prezidentliyinə namizəd cənab İlham Əliyevin təşviqat və təbliğatı ilə əlaqədar tədbir keçirildi."Qafqaz-Media"İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Respublikamızın Dövlət Himni səsləndirildi,şəhidlərin əziz xatirəsi dəq. sükutla yad edildi.
Hacı Azadə -Taleh qonaqları salamladı, məlumat verərək dedi ki, hamılıqla 11 sentyabra seçki məntəqələrinə getməli, cənab Prezident İlham Əliyevə səs verməliyik.
"Gəncliyə Yardım Fondu"nun vise-prezidenti Salman Əliyev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, "Müharibə Veteranı Qadınlarına sosial Yardım" ictimai birliyinin sədri Radə Abbas, "Sevgi" jurnalının baş baş redaktru şairə Nəsibə İsrafilqızı, tanınmış bəstəkar Arif Səlimov, "Məhsəti" Qadınlar Məclisinin rəhbəri Cəvahir Qaraqızı, "Zəngəzurun səsi" qəzetinin baş redaktoru Yavər Nuriyev, şairə Nailə Yusifqızı, "Xalq TV" İnternet televiziyasının rəhbəri Hidayət Möhnətov və başqaları ölkədəki ictimai-siyasi sabitlikdən danışdılar, abadlıq, tikinti -quruculuq işlərini davam etdirmək, işğal edilmiş torpaqlarımızın qaytarılması üçün daha 7 il müddətinə Prezidentliyə namizəd cənab İlham Əliyevə səs verməyin zəruri olduğunu bildirdilər.
Daha sonra sözləri Bakı şəhər sakini Cavanşır Vahabova, musiqisi Elgün Seyidzadəyə məxsus "İlhamlı günlərə gəlin səs verək!" klipinin təqdimatı təşkil edildi.Gənc müğənni Səbinə Hüseynova və Ülvi Paşazadənin ifasında çox gözəl bir təqdimat idi.
Xatırladıram ki, Cavanşir Vahabov Azərbaycanın Dövlət Başçısı İlham Əliyevlə birgə Bakıdakı 6 saylı tam orta məktəbdə təhsil alıb.Şagird olaraq bir-birinə daim hörmətlə yanaşıblar.Cavanşir Vahabov 2015-ci ilin martında ağır xəstəlik keçirdikdə bu xəbər cənab İlham Əliyevə çatdırılıb.Cənab Prezident, Cavanşir Vahabovun müayinə və müalicəsi üçün tapşırıq verib.Əslində hazırlanmış klip C.Vahabov və onun doğmalarının Dövlət Başçısına minnətdarlığının bariz nümunəsidir.
Fotolar: Nadir Piriyevə məxsusdur.
Şamilə Şamilqızı,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi.