dini radikalizm və ekstremizmlə mübarizə

83 yaşında günəşi gözləyən şair...

83 yaşında günəşi gözləyən şair...
Sevimli xalq şairimiz Fikrət Qocanın ilk nəfis tərtibatla nəşr olunan çox cildliyinin 7 -cildi bütünlükdə mahnı mətnlərindən ibarətdir. Sözün düzü bu toplu əlimə düşəndə çox sevindim. Buradakı mahnı mətnlərini demək olar ki, birnəfəsə oxudum. Özü də hədsiz maraqla. Onların çoxunu əzbər bilirdim. Çünki çoxlarını demək olar ki, tanınmış müğənnilərimizin ifasında hər gün eşidirəm. Yaradıcı adamlar yaxşı bilirlər: mahnı mətni yazmaq o qədər də asan deyil. Çünki mən özüm də müğənnilərimizə mahnı mətnləri yazıram. Müxtəlif müğənnilərimizin ifasında sözlərim bəstələnib oxunur. (F. B.) Mahnı mətnlərində şair ürəyinin hərarəti, zəriflik, axıcılıq olmalıdır. Və Fikrət Qocanın musiqi bəstələnmiş bütün şeirləri bu yüksək tələblərə cavab verir.
Xalq şairi Fikrət Qocanın şeirlərinə kimlər musiqi bəstələməyib. Məşhur bəstəkarlardan Emin Sabitoğlu, Tofiq Quliyev, Şəfiqə Axundova, Arif Məlikov, Ağabacı Rzayeva, Adil Bəbirov, Ramiz Mirişli, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ruhəngiz Qasımova və başqaları.
Aydındır ki, mahnı müştərək məhsuldur. Onun ərsəyə gəlməsində üç yaradıcı adamın əməyi var: bəstəkar, şair, müğənni. Yaxşı musiqi, yaxşı mətn, və gözəl ifa harmoniya təşkil edəndə nəticə də ürəyə yatan olur...
Fikrət Qocanın şeirinə bəstələnmiş ilk mahnı "Günəşi gözləyirik" adlanır. Bəstəkar Adil Bəbirovun bu bəstəsi uzun illər keçməsinə baxmayaraq bu gün də səslənəndə ürəkləri ehtizaza gətirir.
Məşhur "Qaynana" film-tamaşasına baxmayan yəqin ki, tapılmaz. Bu tamaşadakı bütün mahnı mətnləri də sevimli şairimizə məxsusdur.

Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.

Üstümüzdən əsdi külək,
Şən zarafat, şirin kələk.
Biz mehriban ailəyik,
Gəlin, dostlar deyək, gülək...


300-dən çox mahnı mətnlərinin toplandığı bu kitab hər bir ziyalının stolüstü kitabına çevrilib. Biz də sevimli şairimizi diqqətli oxucularına bu gözəl hədiyyəsi münasibətiylə təbrik edir, 83 yaşında da günəşi gənclik hərarəti ilə qarşılamağı arzulayırıq.
83 yaşında günəşi gözləyən şair...


Fuad Biləsuvarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Oxunub: 1 225
Oxşar xəbərlər
SON XƏBƏRLƏR