dini radikalizm və ekstremizmlə mübarizə

FƏLƏKLƏ, ÖLÜMLƏ SÖHBƏTİM

FƏLƏKLƏ, ÖLÜMLƏ SÖHBƏTİM
Çox kövrəlmişəm bu gün çox, dünənki Şəhid məzarlığı gözlərim önündən getməyir. Bir-birindən gözəl boylu-buxunlu oğullarımız sırayla yan-yana düzülmüşdülər. Sanki şəhid olmaq üçün bir-birləri ilə bəhsə durmuşdular. Hər biri igib, hər biri bir pəhləvan.
Ölüm sən nə qəddarsan, fələk sən nə yamansan.
FƏLƏK VƏ ÖLÜM sizinlə bir bəşər övladı bacarmadı, bacarmayacaqda nə gözlə görünürsüz nə sizə əl çatır ki, sizdən də intiqam alaq. Sadəcə sözlə qəddarlığınızdan, can yandırmağınızdan yazırıq, gücümüz yalnız sözlə sizi ittiham etməyə yetir. Yenə sözümlə üz tuturam sizə, necə qıydız bu canlara? Məzara yaraşmayanlara. Necə qıydınız boyu tabuta sığmayan oğullarımıza, necə? Necə qıyırsız anaların qara zülflərinin vaxtsız ağarmasına? Necə qiyırsız anaların fəryadına, ahına, gecə gündüz OĞUL deyən harayına necə? Hələ gözü yaşlı qalan gəlinlərim, ata sevgisindən məhrum olan fidanlarımı, gənc qızlarımın qəlbində yarının həsrəti olanlar, yar əlindən tutaraq bəy otağına gətirməyənlərimə, evi bəzənməyənlərimə necə qıydınız? Fələk, Ölüm necə sardınız onların pəhləvan cüssəsin necə???
Görəsən vicdan varmı sizdə??? Görəsən sizi mühakimə etmək olsaydı sizi necə mühakimə edərdik?
Mən hakim olsaydım, sizsə müdtəhim, mən sizə ölüm fərmanı verməzdim. İlk öncə ömrünüzün uzun olmasın istərdim. Ölüm acılardan qurtuluş olardı sizin üçün. Amma sizin yaşatdığınızı sizə birər-birər yaşadardım.
İlk öncə övlad acısını daddırardım, bağrım yansa belə... Sayı bilinməyən anaların yaşadığı övlad açısın.
Sonra sizə yar həsrəti yaşadardım illərlə yandırardım, göynədərdim bu ağrıyla, qovurardım bu acılarda sizi. Yarınızın həsrətindən dəli edərdim sizi. Küləklə ətrini yetirərdim sizə, qoxusunu hiss edərdim qəlbiniz durardı bir anlıq, sonra boş havanı qucaqlamaq istərkən əlinizin boşa çıxdığını gördükdə dəli kimi küləyə, ruzigara yalvarardınız. Sübhün açılmasını izlədərdim sizə bilərdiniz həsrət adlıı bəla nədir.
Səhərə kimə tavana baxmağın, yataqda övlad acısıyla, yar həsrətiylə qovrulmağın yanğısını qor olaraq yatağınıza tökərdim.
Səhərlər atasız övladıarın gözünün içinə baxa bilməyərək, suallarının qarşısında çarəsizliyin nə olduğunu, baxışlarından, gözlərindən gözlərini gizlətməyin necə olduğunu, onların yağdırdığı suallarının qarşısında acizliyin, çarəsizliyin acısını yaşadardım sizə.
Sonunda sevdiyiniz yarla, yoldaşla, dostla, qardaşla, sirdaşla, övladla qara daş üzərində olan rəsmlə saatlarla danışmağı sizə hədiyyə edərdim. Siz danışardınız onlar susardı, cavab ala bilməyəndə qəlbin param-parça olmasının nə olduğun daddırardım sizə.
Bax onda siz bu dərdin nə olduğunu bilərdiniz!!!

Almaz İlahə
Djb.az-ın təsisçisi

Oxunub: 831
Oxşar xəbərlər
SON XƏBƏRLƏR