dini radikalizm və ekstremizmlə mübarizə

XIZI RAYONU GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU

XIZI RAYONU  GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU
Ravil Elman oğlu Novruzovun ikinci il dönümü olduğunu bildiyimiz üçün Sumqayıt şəhərindən Xızı rayonunun Giləzi qəsəbəsinə üz tutduq. Qapıda bizi şəhidin atası Elman Novruzov qarşıladı. Ravilin ruhu qarşısında özünü borclu bilənlər Elman kişinin ocağına yığışmışdılar. Anası Nargilə xanım oğlu Ravilin qonağlarını qarşılayırdı. Bizi də görcək çox kövrəldi. Şəhid Ravil Novruzovu anmaq üçün qəsəbə İcra nümayəndəsi, bələdiyyə sədri, şəhidin döyüş yoldaşları iştirak edirdilər.
Maraqlandıq ki, Şəhidimizin təhsil aldığı orta ümümtəhsil məktəbindən bu gün müəllim və şagir kollektivi iştirak etmirdi. Şəhidin anası Nargilə xanım birinci il dönümündə yüksək şəkildə tədbirin keçirildiyini sabah isə M.Müşviq adına tam orta məktəbdə tədbir keçiriləcəyini bildirdi. Şəhidin ruhuna verilən ehsan süfrəsindən sonra şəhidin məzarına yol aldıq.
Ruhun şad olsun şəhidim.


Almaz İlahə

XIZI RAYONU  GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU
XIZI RAYONU  GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU
XIZI RAYONU  GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU
XIZI RAYONU  GİLƏZİ QƏSƏBƏSİNDƏ ŞƏHİD ZİYARƏT OLUNDU

Oxunub: 1 020
Oxşar xəbərlər
SON XƏBƏRLƏR