dini radikalizm və ekstremizmlə mübarizə

İnterpol 42 yaşlı azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

İnterpol 42 yaşlı azərbaycanlı qadını beynəlxalq axtarışa verdi
İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.

Modern.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib. (Trend)

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR