dini radikalizm və ekstremizmlə mübarizə

"Bakı İrəvan üzərində aşkar üstünlüyə nail oldu"

"Bakı İrəvan üzərində aşkar üstünlüyə nail oldu"
Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini hər zaman ən mötəbər tribunalardan qətiyyətlə ifadə edir.

Oxu.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) komitə sədri Səməd Seyidov deyib.

“Dövlətimizin başçısı hər zaman bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır”-deyən, millət vəkili bildirib ki, İ. Əliyevin rəhbərliyi ilə münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda güclü siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv fəaliyyət sərgiləyib, öz mövqeyini qəti və konkret surətdə ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə qlobal səviyyədə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir.

“Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi və digər istiqamətlərdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub.

Digər sahələrdə olduğu kimi, ölkənin ərazi bütövlüyü məsələsində də Prezident İlham Əliyevin qətiyyətli və birmənalı mövqe sərgiləməsi bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi tamamilə aydın və birmənalıdır. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və 7 ətraf rayonu işğaldan azad edilməli, soydaşlarımızın yurd-yuvasına qayıtması və təhlükəsiz həyat şəraiti təmin olunmalıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ problemi heç vaxt gündəmdən çıxarılmayıb.

Ən əsası, Dağlıq Qarabağ məsələsini həll etmək üçün Azərbaycan Prezidenti ardıcıl siyasət həyata keçirir. Dövlətimizin başçısı Azərbaycanı yenidən qurur, ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir.

Yəni, bütün bunlar torpaqlarımızın azad olunmasına xidmət edən işlərdir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olmağımız da, Avropa Şurasına sədrlik etməyimiz də Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət edən məqamlar olub.

Hər iki dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi prioritet olub. Bu gün də Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə müvəffəqiyyətlə çatdırılır, hücum diplomatiyası qətiyyətlə davam etdirilir.

İnanırıq ki, Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqları azad edəcək – ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”-deyə, S. Seyidov daha sonra mətbuata açıqlamasında deyib.

Oxunub: 665
Oxşar xəbərlər
SON XƏBƏRLƏR