dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANALARI ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARIR

ŞƏHİD ANALARI ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARIR
Qarşıda uzun bir yol var, bu yol kiminə adi bir yolu xatırladır, kiminə doğmasının ayağı dəyən, qəlbində silinməz izlər buraxan bir məkanı, kiminə isə övladının son nəfəsini tapşırdığı müqəddəs məkanı. Fərqi görürsünüzmü? Hər kəs yola çıxar, amma hər kəsin çıxdığı yol onu fərqli istiqamətə, fərqli məkana aparar.

Bu gün yolumuz bizi qürur mənbəyi olan "Azərbaycan Əsgərlər" ilə görüşə aparır.
Yolçu yolda gərək deyirlər. Bu gün bizdə N saylı hərbi hissəyə yol aldıq. Məqsədimiz isə qəlbi bala həsrətli anaların arzu və istəyini həyata keçirməkdir. Şəhid analarının əsgərlərə bayram sovqatı aparmaq təşəbbüsü hər kəs tərəfindən çox yüksək əhval ruhiyyə ilə qarşılandı.
Qürur mənbəyi olan əsgərlərimizin görüşünə övladlarının qanını alacaq Azərbaycan ordusunun şanlı əsgəri ilə görüşə getmək hər kəs kimi mənidə duyğulandırdı, yazarkən belə gözlərimdən yaşlar süzülür. Ana olmaq budur, övladının gəzdiyi torpağı daşı belə sevmək, onun ayağı dəydiyi torpağı qucaqlayaraq öpmək istəyi. Bu məhəbbətin adı analığ adıdır.
Analar bu əziz gündə N saylı hərbi hissədə olaraq əsgər balalara xidmər etmək arzusunu bildirəndə yenə də hər zaman onlara dəstəy olan Elman Əsədullayev təşkilatçılığ etdi.
Hər zaman Şəhid analarının oğulu olduğunu əməli ilə göstərən Vətənpərvər Elman Əsədullayev yenədə anaların arzu və istəyini nəzəra alaraq Vətənsevər insanları bir araya topladı və yola düşdük. Hal-hazırda yoldayıq, məndə əsgər anası olaraq həyəcanlıyam, şəhid anaları ilə bu yola çıxmaq qürur verici olduğu kimi məsuliyyətlidir.

P.S. Əziz oxucularım bizi izləyin, geri dönərkən yenədə təssuratlarımızı sizinlə bölüşəcəyik
Artıq az qalır, hər kəs səbirsizliklə əsgərlərimizlə görüşəcəyi anı gözləyir.

Almaz İlahə Əhmədova

ŞƏHİD ANALARI ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARIR

Oxunub: 1 231
Oxşar xəbərlər
SON XƏBƏRLƏR