dini radikalizm və ekstremizmlə mübarizə

ÜRƏYİ AZƏRBAYCANLA DÖYÜNƏN AVROPADAKI SOYDAŞLARIMI KÖLNDƏKİ TOPLANTIYA DƏVƏT EDİRƏM!

ÜRƏYİ AZƏRBAYCANLA DÖYÜNƏN AVROPADAKI SOYDAŞLARIMI KÖLNDƏKİ TOPLANTIYA DƏVƏT EDİRƏM!
Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ili Cumhuriyyət ili elan edib. Cumhuriyyət tarixində çox hadisələrin şahidi olduq. Bu bizim üçün qürurverici tarixdir. Bu ayın sonunda isə erməni xəyanətinin - mart soyqırımının 100 illiyini qeyd edəcəyik. Eyni zamanda milli ordumuzun da quruluşunun 100 illiyidir.
Haqqında yazdığım vacib tarixləri nəzərə alaraq və bu işlərdə bizim də tövhəmiz olsun deyə Almaniyanın Köln şəhərində martın 31-də böyük tədbir keçirməyə qərar verdik. Bu təşəbbüsdə bizə Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi dəstək verəcək. “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı tədbirimiz martın 31-də saat 15.00-da Kölnün “Senator” otelində keçiriləcək.
Bizim çağırışımızla Kölndəki tədbirə yüzlərlə soydaşımızın qatılacağını planlaşdırırıq. Avropada yaşamalarına və vətənlərindən uzaq düşmələrinə baxmayaraq, ürəyi Azərbaycan dövləti və milləti üçün döyünən hər bir soydaşımı Kölndəki tədbirimizə dəvət edirəm, qapımız Sizə açıqdır. Bizim düşmənimiz 100 il bundan əvvəlkidir, torpaqlarımıza göz dikənlərlə - işğalçılarla mübarizəni istənilən müstəvidə gücləndirməliyik!
Kölndəki tədbirlə bir daha göstərək ki, biz gücük, tək deyilik, arxamızda dövlətimiz, millətimiz və prezidentimiz var. Statusumu dövlət başçısı İlham Əliyevin martın 15-də VI Qlobal Bakı Forumunun açılış mərasimində dediyi fikirlə bitirmək istəyirəm: “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik". Elə Kölndəki toplantıda millətimizin və dövlətimizin gücü və gələcək hədəflərimiz haqqında danışacağıq!

Adil Əliyev
Ünvan: Senats Hoteli Unter Goldschmied 9-17 D-50667 Köln

Oxunub: 693
Oxşar xəbərlər
SON XƏBƏRLƏR