dini radikalizm və ekstremizmlə mübarizə

DYMX-nin İctmaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar adlı "TARIXDƏN SƏHIFƏLƏR" məqaləsi

DYMX-nin İctmaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar adlı "TARIXDƏN SƏHIFƏLƏR" məqaləsi
"Fövqəladə Hallar Nazirliyinin qəzeti" nin 16 mart 2018- ci il tarixli sayında DYMX-nin İctmaiyyətlə əlaqələr və təbliğat sektorunun rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar adlı "TARIXDƏN SƏHIFƏLƏR" məqaləsi dərc olunub.

Azərbaycan Xalq Cümhuriyyəti - 100

TARIXDƏN SƏHIFƏLƏR

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. Mərhələ-mərhələ gücləndirilən belə millətçi siyasət nəticəsində xalqımıza məxsus tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib, soydaşlarımız qırğınlara, talanlara, terror və digər zorakılıq aktlarına məruz qalıblar.
100 il öncə emənilər törətdikləri cinayətlərdə yanğınlardan da istifadə ediblər, vəhşi amansızlıqla mədəniyyət və tarixi abidələrə od vuraraq memarlıq incisi sayılan binaları yerlə-yeksan etməyə nail olublar. Bakıda ermənilər tərəfindən törədilən yanğınlar nəticəsində Azərbaycan xalqına məxsus mədəniyyət ocaqları, məktəblər, məscidlər, mətbəələr, qəzet redaksiyaları, teatrlar, xəstəxanalar, azərbaycanlılar yaşayan məhəllələr yandırılaraq xarabazarlığa çevirilib. Ermənilərin bü cinayət əməlləri Bakıdakı yeganə yanğın komandasının yanğınsöndürənlərini tarixi sınaqlar qarşısında qoyub.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin İstiqlaliyyət küçəsində yerləşən əzəmətli binası - “İsmailiyyə” də 1918-ci ilin məşum mart hadisələri zamanı ermənilərin cinayətkar əməlləri nəticəsində yandırılaraq az qala "tarixdən silinib".
“Azərbaycan” qəzeti 1919-cu il 30/17 mart tarixli 67-ci sayında “İsmailiyyə”nin yanmasının şahidlərindən birinin xatirəsini dərc edərək yazırdı:
“...Martın 20-də Tetevos Əmirov və daha 3 nəfər silahlı erməninin “Kaspi” qəzeti redaksiyası yerləşən döngə tərəfdən “İsmailiyyə” binasına daxil olduqlarını gördüm. Bir az keçmiş pəncərədən alov göründü və bina yandı. Yanğın “İsmailiyyə”nin yaxınlığında yerləşən Tağıyev məktəbini də təhlükə altında qoymuşdu. Lakin realnı uçilişinin işçiləri başlarına yağan güllə yağışı altındada məktəbin damına su töküb yanğının qarşısını aldılar”.
“Mart hadiseyi-əliməsi” kitabında o müdhiş günlərin şahidi kimi erməni vəhşiliklərini qələmə alan gənc Məhəmməd Muradzadə Bakının misilsiz memarlıq nümunəsi olan “İsmailiyyə”nin yandırılmasını belə təsvir edirdi:
“...İsmailiyyə” barəsində bir saat əvvəl aldığım qəmli bir xəbəri təhqiq etməyə iştab edirdim (tələsirdim). Realnı məktəbi önündən başlamış, göy üzünü qapayan xəfif siyah bir duman “İsmailiyyə”nin bir an əvvəl düşmən tərəfindən qəddarlıqla yandırıldığını bildirdi. Onun önündəki iki mərtəbəli binanın asfaltında bir yığın camaat onu tamaşaya durmuşdu. Fəqət, bu möhtəşəm “İsmailiyyə” binası belə məhzun bir hala salınmış? Hər kəs ona yaxınlaşmağa qorxur, ondan acı təəssürat alar, deyə düşünürdüm.
“İsmailiyyə” yandırılmış, həm də düşmənin acı və kinli intiqamı ilə yandırılmış, kül olar dərəcəsinədək yandırılmışdı. Onun mahiranə yonulmuş daşları qırmızı alovların təsirindən tamam dəyişmişdi…”
S.Hüseyn yazırdı: “Xain düşmənlər, erməni milli polku “İsmailiyyə”ni işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırır, bəzi şeylər arayırdılar. Bu qədər müxtəlif təşkilatlardan birkərəlik xilas olmaq, daha doğrusu, xalqda doğan muxtariyyət fikrini əbədən basmaq üçün bu fikrə pərvəriş verən “İsmailiyyə”nin edamına qərar verilmiş, ona düşmən əli ilə od vurulmuşdu...”
1918-ci il noyabrın 22-də Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirildi. Baxışın yekunları ilə bağlı rəsmi sənədlərdəki qeydlər erməni vəhşiliyini bir daha sübut edir:
“... Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdir və yanğının çox yüksək temperaturundan əyilmiş və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik tonqal yaratmışdır. Binanın çatı, həmçinin iki rəngli mərkəzi böyük salonun üstündəki tirləri ağacdan idi və onlar tamamilə yanmışdır...
...Salonun döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edir. Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi hərarətdən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdür. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz...
...Əsas dəmir-beton tirlər hərarətin təsirindən əhəmiyyətli dərəcədə əyilmişdir və onların, eləcə də kənar pilləkənlərin uçmaq təhlükəsi vardır”.
...Hər üç mərtəbədə tirlər ağacdan idi, onlar tamamilə yanmış və damın uçması nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çərçivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür. Bütün çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir..."
Yanğınlarla müşaiyyət olunan 1918-1920-ci illərdə mürəkkəb tarixi şəraitlə bağlı Bakıda yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirlən işlər kifayət qədər mükəmməl deyildi. Azərbaycan Xalq Cümhuriyyətinin çox qısa fəaliyyəti, ictimai-siyasi vəziyyət, xarici qüvvələrin təsiri, Bakıda yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən işləri təkmilləşdirmək sahəsində ciddi tədbirlər görülməsinə imkan vermairdi. Siyasi hakimiyyətin əldən-ələ keçməsi, təkmilləşməmiş dövlət idarəçiliy yanğın təhlükəsizliyi ilə bağlı işlərdə durğünlüq yaradırdı. Yanğın təhlükəsizliyi məsələləri vahid mərkəzdən idarə olunmurdu. Belə ki, 1918-ci ilin yazında siyasi mübarizələrin baş alıb getdiyi br vaxtda Bakı Xalq Komissarları Soveti təşkil olundu və onun tərkibində olan 12 komissarlıqdan biri də Xalq Daxili İşlər Komissarlığı idi. Bu komissarlıq yarandığı vaxtdan sovet inzibati orqanlarının, fəhlə-kəndli milisinin təşkilini və fıaliyyətini nizamlanaqla yanaşı, Bakı XKS-nin müqəddəratında neft amilinin mühüm rol oynadığından iqtisadiyyatın əsas sahəsi olan neft və neftayırma sənayesi müəssisələrinin qorunmasını, o cümlədən yanğın təhlükəsizliyini də diqqət mərkəzində saxlayırdı. Neft mədənləri və zavodlar əsasən Bakı XDS Xalq Daxili İşlər Komissarlığının Xüsusi Mühafizə Milisi tərəfindən qorunurdu.
Bakı Xalq Komissarları Sovetinin süqutundan və 1918-ci ilin oktyabr ayının 30-da bağlanmış Mudros sazişinin tələblərinə uyğun olaraq türklər Azərbaycanı tərk etdikdən sonra ingilis generalı B.Tomson özünü Bakının general-qubernatoru elan etdi. Ingilislər silah gəzdirilməsini, icazəsiz yığıncaq, mitinqlər, fəhlə tətilləri keçirilməsini və s. qadağan etməklə yanaşı Bakıdakı mədən və zavod mərkəzlərindən 15 verst radiusda məsafəni hökumət zonası hesab etdilər. Bu zonanın qorunmasına, o cümlədən yanğın təhlükəsizliyinə nəzarət Bakıdakı Britaniya Xüsusi Polisinin rəhbərliyi altında həyata keçirilirdi.
1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin polisi neft mədənlərində və zavodlarda oğurluq, təxribat, həmçinin yanğınlar törətmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırdı. Bakının yanğından mühafizəsi isə 1885-ci ildə yaradılmış yeganə yanğın komandasının üzərinə düşürdü.



Hikmət Xudiyev,
DYMX-nin İctmaiyyətlə əlaqələr və təbliğat
sektorunun rəisi, daxili xidmət polkovniki,
əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

Oxunub: 882
Oxşar xəbərlər
SON XƏBƏRLƏR