Yurdumuza bahar gəlir!
Qoy xalqımız hər zaman əmin-amanlıqda yaşasın, yurdumuzun üzərini bürüyən qara buludlar çəkilib getsin, azad, firavan ölkə olan odlar yurdunda övladlarımız ən xoş günlər görsünlər, adət-ənənələrimizi davam etdirsinlər, dəyərlərimizi, inanclarımızı yaşatsınlar. İnanın ki, nə qədər Vətəninə-yurduna bağlı oğullarımız, torpağa bağlı insanlarımız var, zəfər də hər zaman bizim olacaq, bahar öz ətrini-təravətini sizdən əsirgəməyəcək. Azərbaycan hər zaman bahar ab-havasında, bahar nəfəsində olacaq!..
Hər kəsi qarşıdan gələn,,NOVRUZ,,YAZ bayramı münasibəri ilə təbrik edirəm.
Süfrəniz bərəkətli,ruziniz bol olsun əziz həmvətənlilərim.
Bayramınız mübarək.
Könül Ayxan
Avropa Qəzeteçilər Dərnəyinin müşaviri