dini radikalizm və ekstremizmlə mübarizə

Radikal müxalifət "gücünü" göstərdi: Onların elektoratı heç namizəd çıxarmağa yetərli deyil

Radikal müxalifət "gücünü" göstərdi: Onların elektoratı heç namizəd çıxarmağa yetərli deyil



Radikal düşərgənin son mitinq fiyaskosu onların boykot qərarının əsl səbəbini göstərdi. Uzun müddətdir hazırlaşdıqları və mümkün bütün vasitələrdən çağırışlar etdikləri mitinqə yığışan insanların sayından da göründü ki, radikalların heç bir dəstəyi yoxdur. Bu həm də sosial şəbəkələrdə onların yaratdığı aktivliyin süni olduğunu göstərdi.

Rəsmi açıqlamaya görə, müxalifətin mitinqində 1500 nəfər iştirak edib. Adətən radikalların baş bilənləri rəsmi açıqlamadan sonra dərhal bəyanat verirlər ki, mitinqə ondan on dəfə çox adam yığışıb. Bu dəfə isə sayla bağlı müxlifət susur. Sanki qurbağa gölünə daş atılıb. Niyə də susmasınlar. Deyiləcək hər kəlmə özünüifşadan başqa bir şey deyil. Mitinqdən əvvəl çağırışlar edən, bəyanat verənlər deyirdilər ki hətta bölgələrdən belə insanlar gəlib onlara öz dəstəyini verməyə hazırdır. Bəs nəticə nə oldu? Bunu hamı gördü.

Sadəcə bir neçə statistik rəqəmi qeyd etmək yerinə düşər. Təkcə mitinqin keçirildiyi yasamal rayonunda 246 min insan yaşayır. Mitinqə gələnlərin sayı isə həmin rayonun əhalisninin heç 1 faizi etmir. Paytaxt və ölkə əhalisinin müqayisəsini etmək isə daha gülünc bir rəqəmi ortaya çıxarar. Qanunvericiliyə əsasən prezidentliyə namizəd olmaq üçün ən azı 40 min seçici imzası tələb olunur. Hər biri ayrılıqda prezidentliyə iddialı olan şəxlsərin və partiyaların birlikdə ortya çıxardığı insan sayı heç tələb olunan imzaların onda biri qədər də deyil.

Yeri gəlmişkən 10 mart mitinq fiaskosu onların sosial şəbəkələrdəki aktivliyinində süniliyini ifşa etdi.müxalifət liderlərinin sosial şəbəkələrdə guya yüzminlərlə tərəfdarı və təqibçisi var. Görəsən 10 mart mitinqində onlara tərif yağdıran sosial mediya qəhrəmanları harada idi? Radikallların fikləri ilə razılaşmayan, onları tənqid edənləri trol adlandıran müxalif liderlər bəlkə bu suala da cavab versinlər. özlərinin qurduqları virtual dünyadakı dəstəkləyənlərin heç olmasa 20 faizi mitinqə gəlsəydi indi bəlkə müxaliflərin də deməyə bir sözü olardı. Əgər doğurdan da belə insanlar reallıqda vardırsa. Müxalifət baş bilənlərinin leksikonuna yeni girən troll ifadəsini bu qədər sevmələrinin səbəbi də yəqin ki aydındır.

Bütün bunlar onu göstəriri ki, radikal düşərgə onların rəhbərləri və yaxın qohum əqrabasından ibarətdir. Partiyalarının və bloklarının isə sadəcə quru adı var. Bu bloklar dırnağarası liderlərin şəxsi ambisiyaları ucbatından dağılmağa məhkumdur. Belə ki, 1998-ci ildən indiyədək radikallar düz 11 dəfə müxtəlif adlar altında bloklaşıblar. Həmin bloklarada dəyişməyən tək isim isə əli kərimlidir. Maraqlısı budur ki bütün blokların parçalanmasının əsas səbəbinin də əli kərimli olması onun keçmiş silahdaşları tərəfindən də etiraf edilir.

Oxunub: 813
Oxşar xəbərlər
SON XƏBƏRLƏR