dini radikalizm və ekstremizmlə mübarizə

Qələbəyə 7 kilometr qaldı

Qələbəyə 7 kilometr qaldı
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055 nəfərə çatıb.

Oxu.Az-ın xəbərinə görə, TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı anti-terror əməliyyatı 48 gündür davam edir.

Oxunub: 824
Oxşar xəbərlər
SON XƏBƏRLƏR