Ermənistan qadınlar arasında işsizlik səviyyəsinə görə, post-sovet ölkələri arasında 17,3%-lik göstərici ilə liderdir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatı (İLO) məlumat yayıb.
Qurumun hesabatında bildirilir ki, Azərbaycan bu baxımdan 4,8%-lik göstərici ilə 5-ci yerdədir.
Ən az qadın işsizliyi Belarusda qeydə alınıb - 0,5%. Moldova 2,4%-lə 2-ci, Türkmənistan 2,8%-lə 3-cü olub. Rusiya isə 4,1%-lik qadın işsizliyi göstəricisi ilə 4-cü yeri tutub.
Bundan başqa, hesabata əsasən, dünyanın inkişaf etmiş ölkələrindən olan Fransada qadınların 8%-i, Çində 3,8%-i, ABŞ-da 3,6%-i, Almaniyada 3,1%-i , Yaponiyada isə 2,3%-i işsizdir.