dini radikalizm və ekstremizmlə mübarizə

Əli Cəbrayılov qürur duyduğum gənclərdən biridir!

Əli Cəbrayılov qürur duyduğum gənclərdən biridir!
Dahi Cəlil Məmmədquluzadə demişdir: “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda mübarizə aparmaqdan ibarətdir!” Azərbaycanın kütləvi informasiya vasitələrində kifayət qədər təcrübəli, vətənpərvər insan çalışır.İstər tele-radioda, istərsə də elektron mediada ölkəmizin qürur duyduğu jurnalistlər var.
Təəssüflər olsun ki, bəzən “milçəyi fil edən” qələm əhli də tapılır. Kimsəyə sirr deyil ki, iş olan yerdə nöqsan da olacaq. Bu o demək deyil ki, həmin işin sahibi Vətənini,öz iş yerini sevmir və s.
Göyçay rayonu kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. Zəhmətkeş əhalisi var. Təxminən 3 il olar Mehdi Səlimzadə bu rayona rəhbər təyin edilib. Mehdi müəllim uzun müddət Respublika Ədliyyə Nazirliyi sistemində çalışıb.Ölkə ərazisində bələdiyyə sisteminin qurulmasında müstəsna xidmətləri var. Mehdi Səlimzadəni dərindən tanımasam da rayonda yaşayan dostlarım tərəfindən İcra başçısının işgüzar insan olduğunu təsdiqləyənlər çoxdur. Bu yaxınlarda 20 Yanvar facisənin 28 və Xocalı soyqırımının 26-cı ildönümləri ilə əlaqədar Göyçayda tədbir keçirərkən rayon rəhbərliyi tərəfindən qaçqın və məcburi köçkünlərə lazımi dəstək göstərildiyinin şahidi oldum.Yığıncaq zamanı və ondan sonra Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkünlər-Rəhman Əhmədov, Mustafa Hümbətov, Məsumə Cəlil qızı Hümbətova, “İgidliyə görə medalı”na layiq görülmüş Xocalı şəhidi Rasif Məmmədovun ömür-gün yoldaşı Təranə Məmmədova, Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün, gənc şair Teymur Valeh və başqaları Göyçay rayon İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadədən razılıq etdilər.
Ölkədəki elektron medialardan birində İcra başçısı M.Səlimzadənin şəhər mərkəzindəki 100-200 yaşlı ağacları bir gecədə kəsdirdiyi, öz biznesini artırmaq üçün bütün imkanlardan istifadə etdiyi bildirilir. Mən hələlik bu barədə bir söz deməyəcəm. Yaxın günlərdə Göyçay rayonuna səfər etmək qərarına gəlmişəm. Öz gözlərimlə gördükdən sonra daha geniş məqalə yazmaq fikrindəyəm. Ancaq, başçının yaxın qohumu Əli Cəbrayılov haqda deyilən iftiranın ağ yalan olduğunu bildirirəm. Ə.Cəbrayılov Göyçay rayon sakinidir, 23 yaşı var. Gəncə Texnologiya Universitetini bitirib. Sadəliyi, səmimiliyi ilə mənim xüsusi hörmətimi qazanıb. Ə.Cəbrayılovla məni Göyçay rayon sakinləri Hacı Əlican, Rauf, Zaur, Vüsal, Məşədi Vidadi Mirzəyevlər tanış edib. Əli müəllim qürur duyduğum gənclərdən biridir!


Şamil Sabiroğlu,
“fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbiri,
Qarabağ qazisi, “Tərəqqi” medalının mükafatçısı.

Oxunub: 902
Oxşar xəbərlər
SON XƏBƏRLƏR