dini radikalizm və ekstremizmlə mübarizə

"Sağalan dağ deyil Xocalı dağı!"

"Sağalan dağ deyil Xocalı dağı!"
Suraxanı rayonunun Hövsan qəsəbəsindəki 270 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin təşkilatçılığı ilə "Sağalan dağ deyil Xocalı dağı!"adlı tədbir keçirildi.Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəq.sükutla yad etdi. Bakı Baş Təhsil İdarəsi müdirinin müavini, Prof.Hüseyn Əsgərov, məktəbin direktoru Əli İsgəndərov, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Hacı Ədalət Məhərrəmov, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyininin sədri,Qarabağ qazisi Şamil Sabiroğlu, Respublika Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri xeyriyyə ictimai birliyinin Nizami rayon şöbəsinin sədri, Qarabağ qazisi Məhi Mehdiyev və başqaları çıxış edərək Ermənistan Silahlı Qüvvələrinin xalqımıza qarşı törətdiyi misilsiz vəhşilik aktları haqda məlumat verdilər.
Məktəblilərin ifasında "Sağalan dağ deyil Xocalı dağı!" devizi altında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Şamilə Şamilqızı,
Sərfinaz Mərdanlı.

"Sağalan dağ deyil Xocalı dağı!"
"Sağalan dağ deyil Xocalı dağı!"
"Sağalan dağ deyil Xocalı dağı!"
"Sağalan dağ deyil Xocalı dağı!"
"Sağalan dağ deyil Xocalı dağı!"
"Sağalan dağ deyil Xocalı dağı!"

Oxunub: 884
Oxşar xəbərlər
SON XƏBƏRLƏR