dini radikalizm və ekstremizmlə mübarizə

XOCALI QAN YADDAŞIMIZ

XOCALI QAN YADDAŞIMIZ
Xarici qüvvələrə arxalanıb Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş tarixi torpaqlarını işğal edən Ermənistanın Dağlıq Qarabağ münaqişəsi dövründə etnik Azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı tarixdə analoqu çox az olan ən müdhiş qanlı hadisələrdən biridir. Xocalı faciəsi miqyasına görə beynəlxalq səviyyədə soyqrım hadisəsi kimi qəbul edilməkdədir. Xocalı baş verənlər XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima və Holokost faciələri ilə eyni səviyyədə durur. Mənfur Ermənilər sahibləri olan SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək silahsız, əliyalın sakinlər arasında uşaq, qoca, qadın və kişi ayırmadan hər kəsə qarşı eyni qəddarlığı və vəhşiliyi nümayiş etdirmişlər. Şəhəri dörd tərəfdən əhatə edən erməni qoşunlarının artilleriya və ağır hərbi texnikasından açılan güclü və amansız atəş nəticəsində Xocalı şəhəri xarabazarlığa çevrilmiş və Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir Bir gecənin içərisində zəbt edilmiş şəhərdə törədilən soyqrım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşmiaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycan dövləti Xocalı soyqırımınına hüquqi qiymət verilməsi istiqamətində bir sıra qərarlar qəbul etmişdirş Azərbaycan Respublikasının Prezidenti Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermiş və Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuşdur. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri olan Xocalı soyqırımın beynəlxalq aləmdə tanıdılması və beynəlxalq səviyyədə obyektiv qiymət verilməsi təşkil edir. Dövlətimizin beynəlxalq arenada uğurla apardığı marifləndirmə və xarici siyasət sayəsində Xocalı soyqırımını tanıyan dövlətlərin sayı durmadan artmaqdadır.
Bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını Azərbayan xalqı və dövləti heç vaxt unutmayacaq və daima hüzünlə anacaqdır.

Aras Soltan

XOCALI QAN YADDAŞIMIZ

Oxunub: 1 589
Oxşar xəbərlər
SON XƏBƏRLƏR