dini radikalizm və ekstremizmlə mübarizə

Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi

Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi
1988- ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu.Bu hadisə XX esrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilir. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsidir. Ənənəvi olaraq hər il fevralın 26- da Azerbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini hörmətlə yad edir. Ölkəmizin hər yerində Xocalı soyqırımının 26 - cı ildönümü ilə əlaqədar tədbirlər keçirilir. Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar teşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı valideynlər də iştirak edirdilər.1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni quldurları tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı haqqında şagirdlər məlumat verdilər. O cümlədən Xocalı sakinlərinin başına gətirilən ağır müsibəti söylədikləri şeirlərdə, nümayiş etdirdikləri səhnəciklərdə bir daha acı-acı xatırlatdılar. Tədbir boyu bacarıqlı, istedadlı, vətənpərvər şagirdlərin çıxışlarını həyəcansız, qəhərsiz dinləmək mümkün deyildi. Zalda hər kes özünü bir Xocalı sakini qismində hiss edirdi. O dəhşətli anlar Cəlalın, Aytacın, Gülşənin, Zəhranın, Süsənbərin, Rəmzinin, Talehin, Ülvinin,Vahidin, Bəhmənin-- bir sözlə, tedbirə qatılımış bütün şagirdlərin çıxışlarında yenidən kədərlə yaşandı. Əzmkar, təəssübkeş şagirdlər tədbiri qələbəmizə inanaraq nikbin notlarla bitirdilər. Sonda məktəbin direktoru Yasin Quliyevə söz verildi.Direktorun qəhər dolu səsində şagirdləri ilə qürur duydugu aydın sezilirdi.Bunu o, öz nitqində də xüsusi olaraq qeyd etdi. Yasin müəllim Xocalı faciəsinin çox agır dərd oldugunu deyərək şagirdlərə qanlı tariximizi unutmamağı, mübariz, vətənpərvər, iradəli, cəsur olmağı tövsiyə etdi. O, çıxışının sonunda tədbir iitirakçılarına təşəkkürünü bildirdi. Daha sonra məktəbin direktor müavinləri Gültəkin Rüstəmova, Gültəkin Səlimova , habelə tərbiyə işleri üzrə direktor müavini Aygün Sadıqova göz yaşları içərisində çıxış edərək Xocalı faciəsini məhz belə bir yüksək səviyyədə işıqlandırdıqları üçün tədbirin təşkilatçısı Vəsilə müəlliməyə və şagirdlərə öz təşəkkürlərini bildirdilər. Ümidvarıq ki, bundan sonra mətbuatımızın səhifələrini çoxsaylı facilərimiz yox ,qələbə əhvali-ruhiyyəli yazılarımız bəzəyəcək.

Şərafəddin İlkin
Şair-publisist

Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi
Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi
Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi
Sabunçu rayonu 90 saylı orta məktəbdə də Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənovanın peşekar təşkilatçılığı ilə " 26 İL XOCALISIZ" adlı anım tədbiri keçirildi

Oxunub: 2 131
Oxşar xəbərlər
SON XƏBƏRLƏR