dini radikalizm və ekstremizmlə mübarizə

AZƏRBAYCAN VƏ OĞUZ TÜRKÜNÜN KEÇDİYİ TARİXİ MƏRHƏLƏ..... MONOLOQ

AZƏRBAYCAN VƏ OĞUZ TÜRKÜNÜN KEÇDİYİ TARİXİ MƏRHƏLƏ..... MONOLOQ
Haradan başlayaq, haradan qurtaraq..... Ancaq tariximiz e.ə. III minilliyin birinci yarısında qurulan Aratta dövlətindən başlayır. İlk dövlətimiz bu idi. Bundan sonra su tayfası, kutilər, lullubilər, III Ur sülaləsi yurdumuzda özləri üçün dövlətlər qurdular. Adlarını çəkdiyim sülalələr əbədi qalmadılar. Onların ardıyca vətənimizdə Midiya, Manna dövlətləri hökmranlıq etməyə başladı.Ancaq dünya fani olduğu kimi onlar da fani idi.
Bizə məxsus olan Albaniya və Atropatena dövlətləri yarandı. Sasani-fars və Roma imperiyaları onlara rahatçılıq vermədi. Atropatena və Albaniya onları məğlub etsə də, axırda hər ikisi Sasani imperiyasının müstəmləkəsinə çevrildi. Paytakaran vilayətinin hakimi Sanatruk romalıların əlində oyuncağa və bizə qarşı düşmənə çevrilən ermənilərin başına oyun açdı. Amma o da xain ermənilər tərəfindən qətlə yetirildi.
Ancaq illər ötsə də, Allah tərəfindən göndərilən Mehran bu buxova son qoydu. O, Mehranilər-Albaniya dövlətini qurdu.
Sonra ulu atamız Dədə Qorqud meydana gəldi. O da Allah tərəfindən Azərbaycan türkləri üçün bir köməkçi, yol göstərən olaraq göndərilmişdi. Atamız Dədə Qorqud öz qopuzu ilə bizlərə öyüd-nəsihət verir, müqəddəs yurdumuza sahib çıxmağı, dövlətçilik ənənələrimizi qorumağı, qonağa ehtiram göstərməyi və Allah yolundan sapmamağı deyirdi.
Ancaq nə edək ki, içimizdəki xainlər, xüsusilə dayımız Alp Aruz bizə arxadan zərbə vurdu. O, öz dəstəsi ilə üzərimizə hücum çəkdi, biz də bu alçaqlığı özümüzə sığışdırmadığımız üçün biz də onun üstünə hücum çəkdik. Hər iki dəstə üz-üzə dayandı. Dədə Qorqud özünü müqəddəs qopuzu ilə ortaya saldı, yalvardı-yaxardı, ancaq ona qulaq asmadıq. Qanlarını tökdük, qanımızı tökdülər, başlarını kəsdik. Dədə Qorqud bizə bəd dua etdi, Allahın bizə qəzəbi tutdu, daşa döndük.
Yer üzündə Allaha biz türklərdən çox inanan, Allahı qəlbən, ruhən və bütün vücudu ilə sevən bəlkə də ikinci bir millət, demək olar ki, yoxdur. Bu eşqə görə İslam dinini qəbul etdik, Hz. Muhəmməd peyğəmbəri(s.a.v.a.v) inandığımız Allahın elçisi olaraq qəbul etdik. Dədə Qorqudun zamanında müsəlman olduq.
Dədə Qorqud müsəlman mövqeyindən çıxış edərək Oğuz dövlətinin hökmdarı olan Qazan xana dediyi bu sözlər böyük bir həqiqətdir:
Hanı dediyim bəy ərənlər ?
Dünya mənim deyənlər ?
Əcəl aldı, yer gizlədi, –
Fani dünya kimə qaldı ?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya !
Xeyir-dua verək, xanım :
Qarlı uca dağların yıxılmasın !
Kölgəlik hündür ağacın kəsilməsin !
Coşğun axan gözəl suyun qurumasın !
Tanrı səni namərdə möhtac etməsin !
Çarparkən ağ-boz atın büdrəməsin !
Vuruşanda iti polad qılıncın gödəlməsin !
Sancılarkən uzun nizən əyilməsin !
Ağ saqqalı atan yerin cənnət olsun !
Ağbirçəkliananyeribehiştolsun !
Son gündətəmizimandanayılmayasan !
“Amin” deyənlərinüzünügörsün !
Ağalnımızıyerəqoyub, beşkəliməduaqıldıq, qəbulolsun !
ALLAH verənümidinüzülməsin !
Yığışdırsın, saxlasıngünahlarını
AdıgözəlMəhəmmədMustafanın
Üzüsuyunabağışlasın, xanım, hey !…
Qazan xan kafirlərə əsir düşərkən qəlbindəki Allah sevgisi ilə, onlara belə deyir:
Bin-bin ərdən yağı gördümsə, «oyunum» dedim,
Yigirmi bin ər yağı gördümsə, yiləmədim.
Otuz bin ər yağı gördümsə, ota saydım,
Əlli bin ər gördümsə, əl vermədim,
Altmış bin ər gördümsə, əl vermədim
Səksən bin yağı gördümsə, donamadım,
Yüz bin ər gördümsə, yüzüm dönmədim,
Yüzü dönməz qılıcım ələ aldım,
Məhəmmədin dini eşqinlə qılıc urdum,
Ağ meydanda yumru başı topca kəsdim,
Anda dəxi «ərəm, bəgəm» deyü, ögünmədim,
Ögünən ərənləri xoş görmədim.

Oğuz türkləri Qazan xana oğlu Uruzu xilas etməkdə ona kömək etmək üçün gəldilər. Əvvəl təmiz suda yuyundular, ağ alınlarını yerə qoydular, iki rükət namaz qıldılar, sonra isə, adı əziz Məhəmmədə salavat gətirdilər. Bu da onların Allaha və onun dininə olan sədaqəti idi.

Çox gözəl günlər idi, ancaq çox çəkmədi. VII əsrdə ərəblər yurdumuza hücum etdi. Bu əsrdə Varaz Qriqor oğlu Cavanşir Albaniyada hökmdarlıq edirdi. Xainlər sui-qəsd təşkil edərək onu da öldürdülər.642-861-ci illər arasında ərəblərin əsarətində yaşadıq. Bu da düzdür ki, onlar İslam dinini biz Azərbaycan türklərinə qılınc, qan gücünə qəbul etdirdilər. Halbuki, gözümüzün nuru olan Hz. Muhəmməd(s.a.v.a.v) bu dinin məcburi qəbul edilməsini buyurmamışdı.

Sonra Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər dövlətləri quruldu, bunların da bizə heç bir xeyiri olmadı. Yadellilərin-alanların, sərirlərin, səlibçilərin, ermənilərin, slavyanların, gürcülərin və bizansın basqınları ilə üzbəüz qaldıq. Bu vaxt Allah Səlcuq türklərini bizim köməyimizə yetirdi. Qafqazdan Türk və İslam aləmi silinmədi, xəritədə Avropanın xeyirinə bir dəyişiklik olmadı, onların bu xain arzuları elə ürəklərindəcə qaldı. Bu da Allahın bizə olan mərhəməti və böyük bir mükafatı idi.

Azərbaycanımızda Eldənizlər dövləti meydana gəldi, ancaq o da tezliklə süquta uğradı. Monqolların, özbəklərin işğalları başladı. Onlar öz ölkələrindən bura cahilləri, nadanları və fitnəkarları gətirdilər. Buradan isə, öz ölkələrinə alimləri, sənətkarları apararaq oranı abadlaşdırdılar. Qanımızı bizə layiq olmayanlara caladılar. XXI əsrin Oğuz Azərbaycanında həmin bu qanıqarışıqların eybəcərliklərinin-cinayətlərinin, pis əməllərinin şahidiyik.

Bizlərdən olan Qaraqoyunlu və Ağqoyunlu tayfaları dövlət qurdular. Ancaq dayımız Alp Aruzla aramızda tökülən qanlar onların da arasında töküldü. Bir-birlərini hakimiyyət üstündə qırdılar. Avropa Ağqoyunlu dövlətini Osmanlı türklərinə qarşı çevirdi.

Sonra qara günlər başladı, Səfəvilər meydana çıxdı. Özlərini Hz. Musa ibni Cəfər Əl-Kazimin(r.a) nəslindən adlandırdıqlarına baxmayaraq, Azərbaycan türklərinə zülm etdilər. Azərbaycan türklərinin milliyyətinə və İslam dininə heç bir aidiyyəti olmayan “Şiə” təriqətini məcburi şəkildə onlara qəbul etdirdilər. Tarixdə yazılan məlumata əsasən, sünni təriqətindən olan nə qədər müsəlmanı öldürmüş, onların qanını halal bilmiş, bütün mal-dövlətlərini talamış və ələ keçirmişdirlər. Şah İsmayıl müxtəlif türk tayfalarının gücündən istifadə edərək özünə dövlət qurmuşdu. Şah I Abbasın zamanında isə, həmin türk tayfalarının müstəqilliyi məhdudlaşdırıldı, onlara tək başına silah gəzdirmək qadağan olundu. Səfəvilər dövləti Azərbaycan türklərinə və İslam dininə ən böyük zərbə vurdular. Biz Dədə Qorqudun zamanında belə yaşamırdıq.....

Əfşar türklərindən olan Nadir xan ortaya çıxdı və səfəviləri başına bəla oldu. Nadir şah öz hökmdarlığı dövründə sünni-şiə qarşıdurmasına son qoymaq və bütöv Azərbaycan bəylərbəyliyi yaratmaq istəmişdi. Ancaq çox təəssüflər olsun ki, o da sui-qəsd nəticəsində öldürüldü.

Nadir şahdan sonra xanlıqlar dövrünü yaşadıq, iyirmiyə qədər xanlıq var idi. Yarısının arxasında Rusiya-Romanovlar imperiyası, yarısının arxasında İran-Qacarlar sülaləsi və digər yarısının arxasında isə Osmanlı imperiyası dayanırdı. Baxın, belə-belə xanlıqları bir-birlərinə qarşı qoyur, vuruşdurur və çirkin siyasətlərini bu cür həyata keçirirdilər. Amma çox gözəl olardı ki, Azərbaycan və Oğuz türkləri o dövrdə Osmanlı imperiyasının tərkibində olardılar.... O zaman, nə siyasi-ictimai, sosial və dini parçalanma olardı, nə də ki, nadanlıq içərisində çabalayardıq. Həm də ki, qeyri-türk imperiyaların tərkibində olmaqdansa, qanı qanımızdan olan Türk imperiyasının-Osmanlı dövlətinin tərkibində olmaq bizim üçün ən böyük şərəf olardı. Bu, müstəmləkədə olmaq yox, azadlıqda olmaq sayılardı.

Rusiya bizə qarşı hücuma keçdi. Xanlıqlar yavaş-yavaş istila olundu və ruslar Azərbaycana hakim kəsildi, 1801-1917-ci illər arasında rusların müstəmləkəsi olduq. “Türk sülaləsi” kimi tanınan, anacq İranın hökmdarı sayılan Qacarlar sülaləsi Azərbaycanımızı ruslarla birlikdə iki yerə böldülər. 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə isə, Türkmənçay müqaviləsi ilə Azərbaycan türkləri arasında ayrılıq, bacı-qardaş nisgili yarandı. Milliyyəti, dini bilinməyən erməniləri canımıza sırıdılar, erməni-türk davası sonralar başladı.

Sonra, yəni ki, XIX əsrdə gənclər müxtəlif Avropa ölkələrinə, o cümlədən Osmanlı imperiyasına, İrana və Rusiyaya oxumağa getdilər ki, ali təhsil alsınlar. Ancaq onların da milli ruhu orada öldükdən sonra geri qayıtdılar. Yarısının gözündə rus eynəyi, yarısının başında İran börkü, yarısının başında fransız papağı və digər yarısının da başında osmanlı fəsi var idi. Onların xaricə gedib təhsil alması Azərbaycanımızı bir daha parçaladı. Mərhum Cəlil Məmmədquluzadə bu parçalanmanı öz “Anamın kitabı” əsərində çox böyük bir ustalıqla təsvir etmişdir, Allah ona rəhmət etsin, amin!

Məmməd Əmin Rəsulzadə isə Azərbaycanımızda düz on beş əsr bundan qabaq yox edilmiş qədim dövlətçilik ənənəsini dirçəltdi və Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydu. Allah bu müqəddəs əməlinə görə ona da rəhmət etsin! Ancaq bu dövlət də cəmi 23 yaşadı və sonra süquta uğrayaraq İblis qoşunu-XI qırmızı ordu tərəfindən işğal olundu. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin ən böyük səhvi İrəvanı ermənilərə və hakimiyyəti isə bolşeviklərə təhvil verməkləri oldu. Onlar ruslarla vuruşub ölsəydilər, bəlkə əliyalın şəkildə biabırcasına sıraya düzülərək güllələnməklərindən daha yaxşı olardı. Nəyisə...... 71 il(1920-1991) yenə də rusların boyunduruğu altında yaşadıq. Romanovların dağ-mədənlərində, tütün fabriklərində tər-tər tökə-tökə işləməyimiz qalsın bir kənara, sovetlərin zamanında bundan betər olduq, üstümüzdə “Azərbaycan türkü” yox, “Sovet vətəndaşı” adı gəzdirməyə məcbur olduq. 1940-cı illərdə nə qədər vətənpərvər milli ziyalılarımız sürgün edildi, güllələndi və öldürüldü. Sərvətimiz hesabına SSRİ İkinci dünya müharibəsində qalib gəldi. Kommunistlər və bolşeviklər bizə üzdə nəvaziş göstərsələr də, altdan-altdan iş çevirə-çevirə milli kimliyimizi yox etmək istəyirdilər. İndiki dövrdədə SSRİ-nin və köhnə əyyamın yenidən qayıtmasını istəyən bəzi vətəndaşlarımız vardır. 71 ildən sonra ayıldıq, sovet tankları üzərimizdən keçdi və tökülən qanımız hesabına müstəqillik əldə etdik.

Bu günləri, Azərbaycanın gənc türkləri XX əsrin əvvəlində olduğu kimi yenə də müxtəlif Türk dövlətləri ilə əlaqələr, Türkçülüklə bağlı dərnəklər, təşkilatlar, ocaqlar, cəmiyyətlər yaratmağa və “Turan imperiyası” qurmağa çalışırlar. Ancaq onlar bir şeydə çox böyük bir səhvə yol vermiş olurlar. Bütün Türk ölkələrində sosial, ictimai və dini parçalanma hökm sürür: ruspərəstlər, avropapərəstlər, sünni-şiə məsələsi, radikalizm, geyimdə, saç düzümündə ifrata varma və s. Hər bir Türk dövləti öz növbəsində öz ərazisində milli islahat keçirməsə, öz türk vətəndaşlarında ölmüş milli ruhu oyatmasa, onlardakı sonradan bağlanmış milli kimliyi açmasa heç bir vaxt böyük amallara və yüksək nailiyyətlərə çatmayacaqlar. Necə ki, XX əsrin əvvəllərində də Azərbaycan, Qafqaz, Rusiya və Mərkəzi Asiya türkləri ciddi tədbirlər görmədikləri üçün ruslar tərəfindən bir daha işğal olundular.

Mən bunu “Türk Dünyası Kürşad Dərnəyi”-nin başçısı olan Toğrul Məmmədbəyova da məsləhət görmüşdüm. Ancaq o dərnəyin üzvləri əvvəldə vurğuladığım bu xeyirli məsləhətlərə müxtəlif cür bəhanələrlə cavab verdilər və özlüklərində düz olduqlarını isbatlamağa çalışdılar. Hər işimizdə Allaha təvəkkül edək. Qanlar hesabına qazandığımız bu müstəqilliyimizi, vətənimizi və dövlətimizi bir daha öz qanımız bahasına olsa belə, qoruyaq.

Ərtoğrul Mehdizadə

Oxunub: 1 185
Oxşar xəbərlər
SON XƏBƏRLƏR