dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ abidlərini tanıyaq

Qarabağ abidlərini tanıyaq
Fiziki şəxs Heydərov Heydər Məhəmməd oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ abidələrini tanımaq borcumuzdur!” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
Layihənin məqsədi Azərbaycanın işğal altındakı ərazilərində, risk altında qalmış milli-mədəni dəyərlərimizin ermənilər tərəfindən vandalizmə uğradılması barədə gənclərimizi, rayon ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir.
Layihə çərçivəsində Gəncə rayon regional uşaq gənclər mərkəzində rəssamlıqla məşğul olan Samux rayonundan olan yeniyetmə və gənclərin iştirakı ilə təlim keçirilib. Yeniyetmə və gənclərin Gəncədə yerləşən mərkəzlə tanışlığı məqsədi ilə təlim məhz burada təşkil olunub. Təlimdə Mərkəzin rəhbəri Sevinc Ələkbərova, təlimçi qismində Samux rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə iştirak edib.

Layihə iştirakçılarına Qarabağ abidələrinin qədim keçmişi və tarixi kökləri haqqında məlumat verilib. Qeyd olunub ki, təlimlərdən sonra “Qarabağ abidələrini tanıyırsınızmı” devizi altında rəsm müsabiqəsi təşkil olunacaq.

Tədbirdə gənclərə maarifləndirici buklet paylanıb.

Qarabağ abidlərini tanıyaq
Qarabağ abidlərini tanıyaq
Qarabağ abidlərini tanıyaq

Oxunub: 782
Oxşar xəbərlər
SON XƏBƏRLƏR