dini radikalizm və ekstremizmlə mübarizə

Dostun həmkarı haqqında fikirləri

Dostun həmkarı haqqında fikirləri
Dostum Nuranə! Sənin haqqında danışarkən ilk növbədə jurnalist kimi istedadından söz açmaq istərdim.
Sənin haqqında danışmaq Azərbaycan mətbuatının bu günü haqqında düşüncələrə dalmaq deməkdir. Zəngin tarixi ənənələri olan, cəmiyyətimizin inka­şafında, Azər­baycanda idmançılarımızın xarici ölkələrdə qazandığı qələbələri mətbuatda işıqlandırmaqla ölkəmizdə idmanın inkişafına və idmançılara dəstəy olmaqından bir daha xəbər verir.
Maraqlı mövzuların qıtlığı du­yulan, klassık jurnalistikanın tələb­lərinə cavab verməyən, mədh və ya qərəz yazılarına meydan açılan bir dövrdə nə yaxşı ki, ara-sıra da olsa əsl jurnalist məqalələrinə, publisist qeyd­lərinə də təsadüf olunur. Onları səhrada su tapmış adamın yanğısı ilə oxuyur, minnətdarlıq hissi keçi­rirsən. Qələmi ilə söz göyərdənlərin, mətbuatımızın bu “sonuncu mogi­kan”larının həmişəki əzmlə çalış­dıqlarına ürəkdən sevi­nirsən. Onlar­dan biri sənsən. Azər­baycanda az adam tapılar ki, jurnalist Nura imzası ilə tanış olmasın. Oxuculara Azər­baycan mə­dəniyyətinin, ədəbiy­ya­tının, mətbua­tının problemləri, onun görkəmli nümayəndələri haqqında bir-birindən maraqlı və məzmunlu yazılar təqdim edirsən. Öz üslubu, bənzərsiz dəst-xətti, ilə seçilən bu yazılarını mət­buatımızın inciləri hesab etmək olar. Sənin zəhmətkeşliyinə çoxları həsəd apara bilər. Məhsuldarlığın bu zəhmətkeşliyinin nəticəsidir. Səni tanıyanlar redaksiya stolu arxasında saatlarla eyni vəziyyətdə qələmə sarıldığını görməyə adət ediblər. Səni bir çox həmkarlarından fərq­ləndirən bir xüsusiyyət də var: adətən yazı­larını birbaşa diqtə edir­sən. Diqtə prosesində onların redak­təsi ilə də məşğul olursan. Bu da bir istedaddır. Sözləri mənasına uyğun olaraq inci kimi yanaşı düzə bilmək, məntiqlə və rəvan danışmaq hər kəsin hünəri deyil. Bu, natiqlik məharətidir. Dostum, sən mənim üçün vətənə məhəbbətin, ona sonsuz sədaqətin ba­riz nümunəsisən. Me­yarların dəyişdiyi, dostların azaldığı, çox şeylərin təmənnaya söykəndiyi bu dünyada nə yaxşı ki, varsan.

İmza: EMİN HAQQ (RAMAZANOV)

Oxunub: 810
Oxşar xəbərlər
SON XƏBƏRLƏR