Azərbaycanda ilk dəfə nazir işğaldan azad olunmuş ərazidə vətəndaşlar üçün qəbul keçirəcək.
Oxu.Az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul fevralın 23-də olacaq.
Qeyd edək ki, 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.