dini radikalizm və ekstremizmlə mübarizə

Tarixçi-araşdırmaçı, jurnalist-publisist Aqşin Mistanlının(Əliyev) «Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi » adlı elmi-publisistik kitabı işıq üzü görüb

Tarixçi-araşdırmaçı, jurnalist-publisist Aqşin Mistanlının(Əliyev) «Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi » adlı elmi-publisistik kitabı işıq üzü görüb
Bu günlərdə tarixçi-araşdırmaçı, jurnalist-publisist Aqşin Mistanlının(Əliyev) ,,Bataqlıqdan başlayan adlı elmi-publisistik kitabı işıq üzü görüb.Ləj kəndinin tarixində ilk dəfə olaraq kəndin tarixini,mədəniyyətini,adət-ənənəsini və etnoqrafiyasını əks etdirən kitab olaraq çap olunmuşdur. Kitab elmi-informativ, fakt və məlumatların zənginliyi, məzmun mükəmməlliyi baxımından diqqəti çəkir. Burada ictimai-siyasi həyatımızın bütün sahələri, o cümlədən kəndin tarixini, etnoqrafiyasını, sosial-iqtisadi və mədəni-quruculuğun bütün sahələrini əks etdirən məlumatlar, Ləj kəndində olan və həyatını bu rayonla bağlayan ictimai-siyasi, hərbi xadimlər, elm və mədəniyyət işçiləri, tanınmış şəxsiyyətlər haqqında ensiklopedik məlumatlar, müxtəlif tarixi anları göstərən fotoşəkillər və s. verilib.
Kitabın müəllifi Aqşin Mistanlının (Əliyev) Ləj kəndinin tarixinə aid heç zaman kitab çap olunmayıb və bu kitab ilk olaraq kəndin coğrafi-təbii, etnoqrafik, sosial, mədəni həyatı və görkəmli şəxsiyyətləri haqqında tam məlumat əldə etmək mümkün deyildir. Təbii ki, ötən dövrlərdən fərqli olaraq bu gün tariximizə yeni nəzərlə yanaşılmalı və real qiymət verilməlidir duyulub”.
«Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi » kitabı tarixi və müasirliyi baxımından ilk kitabdır. Müəlliflər bu kitab üzərində 5 ildən çox bir müddətdə işləyib, arxivlərdə axtarışlar aparıb, kitabxanalara, muzeylərə, tarixi yerlərə baş çəkib, çoxsaylı insanlarla söhbətlər ediblər. Kitab hazırlanarkən bütün mənbələrdən istifadə olunub.
Təqdirəlayiq haldır ki, kitabda məqalələr (terminlər) əlifba sırası ilə düzülüb, diqqəti cəlb etmək üçün ayrı-ayrı başlıqlar böyük hərflərlə, qara şriftlərlə yığılıb. Bu kitabda Lənkəran rayon İcra hakimiyyəti başçısının Ləj kəndinə mavi yanacağın çəkilişindəki çıxışı barədə ayrıca bölmə ayrılıb.

«Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi» kitabının nəşrində çoxlu məqalə-termin, 60-a yaxın foto şəkil verilib, 20-yə yaxın elmi ədəbiyyatdan, 20-dən çox qəzet materialından istifadə edilib.

Bu kitab .. Bakı, "Elm və təhsil",( 2017, 136 səh.) mətbəsində dərc olunub.Kitabın redaktoru Böyükağa Əliyev,Elmi rəyçisi tarix elmləri doktoru Kamal Mahmudov,kitabın Elmi redaktoru professor Yaqub Məmmədlidir.
Kitabda müəllifin Lənkəran rayonunun Ləj kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, adət-ənənələri və təsərrüfat həyatı haqda məlumatı verilmişdir. Bundan başqa, Ləj kəndinin ziyalılarının, "Qarabağ veteranlarının", "Qarabağ şəhidlərinin" və digər tanınmış şəxslərin həyat yolu işıqlandırılmışdır. Kitabda tarixi faktlar öz əksini tapmışdır.

Aqşin Mistanlı
Tarixçi-araşdırmaçı

Oxunub: 1 511
Oxşar xəbərlər
SON XƏBƏRLƏR