dini radikalizm və ekstremizmlə mübarizə

Qırğızıstanda yaşayan həmyerlimizin növbəti uğuru!

Qırğızıstanda yaşayan həmyerlimizin növbəti uğuru!
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülmüşdür. 2015 cü ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun "Məhəmməd peyğəmbər" dastanı türk dilinə tərcümə edilmişdir. Elə həmin ili Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında "Məhəmməd Peyğəmbər" dastanı Azərbaycanlı tarixi əsərlər yazarı Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunub nəşr edilən "Temirlan" ikicildliyi ilə birlikdə təqdimatı geniş keçirilmişdir. Bu gün Toktoqul Satılqanov adına Qırğızıstan dövlət Filarmoniyasında QR Joqorku Keneşinin (Parlanentinin) spikerinin, QR Prezidentinin müşaviri Razzakov Jeniş Parpiyeviçin, QR Prezidentinin qardaşı, deputat Asılbek Jeenbekovun, nazirlər və başqa ali dövlət nümayəndələrinin iştirakı ilə mərhum şair Eqemberdi Ermatovun xatirəsinə həsr olunmuş, "Məni axtarsan mahnılarımda taparsan" adlı bədii tədbir təşkil olunmuşdur. Tədbir QR mədəniyyət nazirliyi, QR Dövlət kadrlar xidmətinin, KTRK-nın, El TR in və başqa təşkilatların təşkilatçılığı ilə baş tutmuşdur. Tədbirin birinci, rəsmi hissəsində mükafatlar təqdim edilmişdir. "Eqemberdi Ermatov adına mükafata Raim Kərimov və türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov layiq görülmüşdür. Tədbir iştirakçılarının qarşısında mükafat sahiblərinə gurultulu alqışlarla təqdim olunmuşdur.

Qırğızıstanda yaşayan həmyerlimizin növbəti uğuru!


Olaylar.Az

Oxunub: 753
Oxşar xəbərlər
SON XƏBƏRLƏR