dini radikalizm və ekstremizmlə mübarizə

Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!

Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!
Bu il Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü tamam olur. Ötən 100 ildə nələr çəkmədi başın,Vətən?Yüz minlərlə oğul-qızın namərd qonşularımız olan erməni daşnaklarının fitvasıynan doğma yurd yuvasından qovuldu, dinc əhalinin, xüsusən də, qocaların, ana-bacıların, körpələrin başlarına olmazın müsibət gətirdilər.
İndi 2018-ci ildir. Rəsmi məlumatlara görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir.Doğrudur, dünyada baş vermiş iqtisadi sıxıntılar fonunda ölkəmizdə də sıxıntılar da var.İnsanların çoxu işsizlikdən əziyyət çəkir.Lakin,ümidsizliyə qapılmaq olmaz.Çünki, hegemon dövlətlərin çoxu Azərbaycana yem yeri kimi baxırlar.
Biz, Vətənimizin ərazi bütövlüyünü qorumaq üçün dəridən-qabıqdan çıxan ər oğulları salamlayır, şəhidlərin narahat ruhları qarşısında baş əyirik.
Əbəs yerə deyiblər ki:"Ordun varsa, yurdun var, Ordun yoxsa, Yurdun yoooxxxx..
Bu günlərdə Respublika Daxili İşlər nazirlyinin Daxili Qoşun hərbi hissəsində, habelə, Dövlət Sərhəd xidmətinin tabeçiliyində olan hərbi hissə və taborlarda maraqlı tədbirlər keçirən "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları "N" saylı hərbi hissəyə baş çəkdik. Hərbi hissənin yaradılmasının 24-cü ildönümü ilə əlaqədar təşkil edilən tədbiri hərbi hissənin zabiti Əflatun Aslanov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəq.sükutla yad edildi.
Hərbi hissənin zabiti Vüqar İsbəndiyarov Azərbaycan Ordusunda xidmət etdiyi dövrdə qarşılaşdığı çətinliklərdən danışdı.Qeyd etdi işğal edilmiş torpaqların düşmən tapdağından azad edilməsi hamımızın ürəyimizcədir.Vüqar müəllim, şəxsi heyətin ən xoş arzularını Respublikanın Müdafiə Nənab Zakir Həsənova çatdırdı.
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin şöbə müdiri Dilbər Sultanova, "djb.az"saytının qurucusu və rəhbəri Almaz Əhmədova, sabiq döyüşçülər - Gəray Əsədov, Rizvan Qasımov, Xocalı rayon Səhiyyə şöbəsinin müdiri, Qarabağ qazisi, doktor Aqil Məmmədov, rabitəçi Dürdanə Ağayeva və başqaları hərbi hissənin şəxsi heyətinə ən xoş arzularına çatdırdılar.
Hərbi hissənin tabeçiliyindəki kəşfiyyat qrupunun ərənləri tədbir iştirakçıları qarşısında nümunəvi çıxış etdilər. Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi Göygöl nümayəndəliyinin üzvləri rəngarəng konsert proqramı ilə şəxsi heyətin könlünü oxşadılar.
Cəbhə bölgəsində, şaxtalı havada keçirilən tədbir nəinki zabit və əsgərlər, hətta, qonaqlar tərəfindən də böyük maraqla qarşılandı.

Dilbər Sultanova,
Şamilə Şamilqızı.
"fact-info.az", "xebertv.az" saytlarının əməkdaşları.

Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!
Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!
Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!
Döyüşən hərbi hissənin şəxsi heyətilə görüş oldu!

Oxunub: 1 210
Oxşar xəbərlər
SON XƏBƏRLƏR