İşğal edilmiş Dağlıq Qarabağda hündürlükdən yıxılan erməni əsgəri ağır yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə News.am-a Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan məlumat verib.
Yaralı əsgər xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin təfərrüatı araşdırılır.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Ernest Ovanisyan Ermənistan ordusuna xidmətə ötən həftə çağırılıb.