dini radikalizm və ekstremizmlə mübarizə

İNSANLIQ ETMƏYƏ... İNSAN OLMAĞA TƏLƏSİN...

İNSANLIQ ETMƏYƏ... İNSAN OLMAĞA TƏLƏSİN...
Keçib gedən zaman deyil ömürdü deyib İmam Əli(ə.s.). Baxır boxçamızda nə ilə gedəcəyik o dünyaya. Allahın qarşıdına nə üz ilə çıxacağıq.
Ev yıxmaqdan söz düşəndə, kiminsə çörəyinə bais olmaqdan, bir xəstənin şəfası üçün addım atmaqdan, bir ağlar ananın gözünün yaşını silməkdən, bir yetimin başına sığal çəkməkdən, pis yolda olan bir qadını düz yola yönəltməkdən, bir qarnı acın qarnın doyurtmaqdan və.s. nə deyəcəyik hansını etmişik???
Mən qadın tanıdın kişi qeyrətli Könül Ayxan kimi. Minlər milyonlar içində ilk Sənan Əliyevin harayına səs verən.
Mən kişilər tanıdım cibində pulu hər gün bir restoranda şot verən . Amma Sənan Əliyev kimi xəstələr üçün əlin cibinə salmıyan.
Mən gəlinlər tanıdım Nuranə Abdullayeva kimi əyilib idmançımızın ayaqlarından tutaraq əlil arabasına oturmağına kömək etməyi özünə əskiklik bilməyən. Mən gəlin tanıdım Elza kimi Sənanın hər ağrısında cankəlməsi ilə yarını ovudan, baxışları ilə onu anlayıb hərəkətlərinə kömək edən. Mən dünən 3 nəfər əsl insan tanıdım...
Canlarım sizin kimi insanlar Allah qarşısında başınız dik duranlar olacaqsız inşallah.
Tələsin İNSAN olmağa tələsin. Əməl yığmağa tələsin, sabah gec ola bilər. Nə əyləşdiyiniz KREDLO, nə pulunuz, nə ad sanınız sizə kömək etməyəcək.

Almaz İlahə Əhmədova
Djb.az-ın təsisçisi

Oxunub: 1 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR