Bu gün sosial şəbəkədə hər zaman fəallığı ilə seçilən vətənpərvər həmkarım Könül Ayxanın müraciətinə ehtinasız yanaşa bilməzdim. Azərbaycanın bayrağını ucaldan bir idmançımız üçün hər birimiz əlimizdən gələni etməliyik deyə müraciət edən Könülün müsraları nəyinki məni düşündürdü həm də kövrəltdi . Bu gün maddi imkansızlıqdan müalicə, hətta dərman almağa belə imkanı olmayan idmançımız Sənan Əliyevin səhhətinin günü-gündən pisləşdiyi haqqda olan məlumatı araşdırmaq qərarına gəldim. DJB.az- ın əməkdaşı idmançıların dostu Nuranə Abdullayevaya müraciət edərək araşdırnasını xahiş etdim və Könül Ayxanın verdiyi məlumat tamlığı ilə öz əksin taparaq təsdiqləndi. Onu da ehtiraf etmək istəyirəm ki İdman ölkəsi kimi tanınan bir ölkənin idmançısınln bu durumda olması acınacaqlı bir haldlr. Amma buna da inanıram ki, əlaqədar təşkilatların bu haqda məlumatı olarsa Sənan Əliyevə həm maddi, həm mənəvi dəstəy olacaqlar. Buna baxmayaraq idmançımıza hər bir kəsi dəstək olmağa çağırıram. Bu bizim həm vətəndaşlıq, həm də insanlıq borcumuzdur. Hər bir dostumuzu bu aksiyaya qoşulmağa çağırıram. Bizim çox imkanlı olan qardaşlarımız var yəqin ki, hər kəs belə bir xeyriyyə aksiyasına qoşulacaq.
Soydaşımızın həyatını xilas etmək kimi bir savabda bizimdə köməyimizin olması gözəl deyilmi?
04.02.1985-ci il təvəllüdlü Dünya çempionu Sənan Əliyevi çətin vəziyyətdən qurtarmaq üçün hər kəs əlindən gələn köməyi etməlidir.
İdmançımızın sağlıq durumu günbəgün pisləşməkdədir. Sənan Əliyev 04.12.2017-ci il tarixində Respublika İdman Tibb mərkəzinin nevropotoloquna müraciət etmişdir. Muayinə zamanı zədələnmədən sonra boyun yuxarı fəqarə arası disk yırtığı, onurğa beyin kompressiyası diaqnozu qoyulmuşdur. İdmançıya onurğanın boyun və yuxarı döş istiqamətinin MRT-muayinə və stasionar mualicə məsləhət görülür.
Onuda qeyd edək ki, Sənan Əliyevin atası V. Əliyev müharibə veteranıdır, Qarabağ uğrunda gedəm döyüşlərdə iştirak edib. Hal-hazırda maddi imkansızlıqdan müalicə ala bilməyən və hətta dərman almağa imkanı olmayan idmançımızın ciddi köməyə ehtiyacı olduğu faktı bizi İdman və Gənclər Nazirliyinə bir daha müraciət etməyə vadar edir. İnanırıq ki, Azərbaycanın bayrağını səmalara ucaldan idmançımıza qarşı laqeyidlik göstərilməyərək ona həm maddi, həm mənəvi köməklik göstəriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman idmanmıza və idmançılarımıza göstərdiyi diqqət və qayğısı göz önündə olub. Məhz bu səbəbdən əlaqədar təşkilat rəhbərləri də onlara verilən vəzifə borclarını sədaqətli xidməgləri ilə yerinə yetirəcək, həm möhtərəm prezidentin onlara göstərdiyi ehtimadı doğtuldacaq və bir başqalarına da örnəy olacaqlarlarına inanırıq.
Almaz İlahə Əhmədova