dini radikalizm və ekstremizmlə mübarizə

Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır”

Kadırov Gədəbəydə tapılan qadınla bağlı tapşırıq verdi - “Vacib deyil hardandır”
Çeçenistan lideri Ramzan Kadırov Gədəbəydə tapılan 104 yaşlı çeçen qadınla maraqlanmaları üçün nümayəndələrini Azərbaycana göndərib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə çeçen lider Mylistory sosial şəbəkə hesabında yazıb.

Qeyd edilir ki, nümayəndə heyəti ötən gün Bakıda qadına baş çəkiblər və ona lazımi əşyalar, həmçinin qida məhsulları gətiriblər. Bu gün isə onun Çeçenistana aparılması baş tuta bilər.

Kadırov bildirib ki, o təvəllüdlü qadın Çeçenistanda heç vaxt sənəd almayıb və heç bir yerdə qeydiyyatda deyil. Yaşı ilə əlaqədar nəyisə qarışdıra və ya unutmuş ola bilər: “Bu fakta baxmayaraq, ona bütün lazımi yardım göstəriləcək. Həftənin birinci günü Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə Əliyevanın Çeçenistana gətirilməsi məsələsi həll olunacaq. Önəmlisi odur ki, Əliyevaya təcili kömək lazımdır və bu yardım ona göstəriləcək. Vacib deyil hardandır. O gücsüzdür, tənhadır, buna görə də harada yaşamasından asılı olmayaraq qayğısına qalmaq lazımdır”.

Xatırladaq ki, 104 yaşlı Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə tapılıb. Qadın Kərbəla adı ilə aldadılaraq Goranboya gətirildiyini iddia edib.

Azərbaycan DİN-nin məlumatında isə qeyd edilir ki, Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən ciddi problemlərin olduğu qənaətini yaradıb.

Oxunub: 903
Oxşar xəbərlər
SON XƏBƏRLƏR