Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat edib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 93 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində anadan olub. O, məşhur “Hababam sinfi” filmlərində Mahmud hoca rolunu oynayıb və tamaşaçı rəğbətini qazanıb.
M.Özkul karyerası boyu təxminən 10 serial, 20 tamaşa və 220 filmdə rol alıb.