İranın qəfil hücum ehtimalı ilə bağlı İsrailin müdafiə qurumları ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Djb.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Walla” agentliyi məlumat yayıb.
“ABŞ və İsrail kəşfiyyatı Tehranın ABŞ-da seçkilərin gedişinə və siyasi mənzərəyə birbaşa təsir göstərə biləcək genişmiqyaslı hərbi təxribat törətməsindən ehtiyat edirlər. Belə olan halda Ağ Ev ciddi seçim qarşısında qalacaq: təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı zərbə endirmək, yoxsa hərbi müdaxilədən çəkinmək”, – məlumatda bildirilib.
Oxunub: 5